"Ölkədə 6 min adam ildə 650 milyon maaş alıb" - 91 milyon manat vergi ödəyiblər...

"Parlamentə təqdim olunan büdcə sənədlərindən aydın olur ki, gələn il aylıq rəsmi maaşı 8000 manatdan çox olan şəxslərin hesabına dövlət büdcəsinə 91 milyon manat gəlir vergisi daxil olacaq".

"AzPolitika.info" xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev bildirib.

"Vergi Məcəlləsinin 101.1-1 maddəsinə görə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinin aylıq gəlirlərindən 14% dərəcəsi ilə vergi tutulur", - deyə, iqtisadçı əlavə edib.

Ekspertin sözlərinə görə, il ərzində 14%-lə 91 milyon manat gəlir vergisinin hesablanması o deməkdir ki, bu kateqoriyadan olan şəxslərin aylıq əmək haqqı fondu 54 milyon manat, illik isə 650 milyon manat təşkil edir.

Bəs real olaraq ölkədə bu gəlir kateqoriyasına aid nə qədər belə şəxs var?

R.Ağayev deyir ki, rəsmi statistikada hər hansı məlumat yoxdur: "Lakin kobud hesablama ilə bu gəlir qrupu üzrə aylıq orta maaş təxminən 10 000 manat ətrafında olsa, təxminən 5500-6000 nəfərdən söhbət gedir. Güman ki, bu səviyyədə əmək haqqı yalnız maliyyə, özəl səhiyyə və neft sektorunda mümkündür.

Hətta rəsmi səviyyədə belə yüksək əmək haqqı məbləğinin mövcudluğu rəsmi statistikanın gəlir bərabərsizliyilə bağlı real olmayan aşağı göstəricilərini kölgədə qoyur. Minimum və ən yüksək məvacibər arasında fərqin az qala 40 dəfəyə çatdığı ölkədə rəsmi statistikanın aşağı və yuxarı desil qruplaırn gəlirləri arasında fərqin 3-4 dəfə olmasını deməsi son dərəcə absurddur".

"AzPolitika.info"

635x100

Şərhlər

mühasib 2022-10-29 07:54:31

650 000 000 :6000 =18333:12=1527,7 manat edir ki.bi da orta əmək haqqından3-4 dəfə yüksəkdir. bu necə statistikaır?

çox böyük kədərlə bildirirəm 2022-10-27 20:04:40

dəhşətdi! doğrudan da qırx dəfə fərq var

dadaşyev 2022-10-27 19:44:11

Anlayammadıq.Aylıq gəliri 8000 manat olanlar?Onlar Aydan gəliblər?Bizim kimi iki əlləri,iki ayaqları,bir başları yoxdurmu onların da?Elədirsə və Azərbaycan pasportu daşıyırlarsa Azərbaycan vətəndaşı kimi bizlərdən biri olmalı deyillərmi?Respublikamız buradan Çukotiyaya qədər böyüklükdə deyil ki,deyək oralarda sürüynən maral saxlayıb varlanıblar,ona görə də halal xoşları olsun.Xeyr olmasın.Qətiyyən düzgün deyil bu.Cəmi 5500-6000 nəfər imişlər özü də.Aaaa!Bəs qalan 10 milyon yüz minə qədər adam necə olsun,başlarına haranın daşını töksün?Müstəqilliyin dadını yalnız 5500-6000 adam çıxarmalıdırmı?Qalan 10 milyon yüz min adam hələ də SSRİ-də yaşayırmı yoxsa?

Son yazılar