Menu

Şolts və Zelenski birgə çağırış ediblər

01.11.2022, 01:37
Şolts və Zelenski birgə çağırış ediblər

Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrait məlumat verib.

Tərəflər dünyada ərzaq böhranını gərginləşdirməmək üçün taxıl sazişini təhlükəyə atmamağa çağırış ediblər.

“Kansler Şolts bu gün Ukrayna Prezidenti Zelenski ilə telefonla danışıb və Ukraynadakı hərbi-siyasi və humanitar vəziyyət, eləcə də gələcək dəstək variantları, o cümlədən yenidənqurma ilə bağlı fikir mübadiləsi aparıb”, - deyə Hebeştreit bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol