Menu

KTMT liderləri Ermənistana yardım məsələsini müzakirə edəcəklər

01.11.2022, 14:35
KTMT liderləri Ermənistana yardım məsələsini müzakirə edəcəklər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin liderləri noyabrın 23-də Ermənistana yardım məsələsini müzakirə edəcəklər.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.

KTMT liderləri İrəvanda toplaşacaqlar.

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol