Tehran birjasının datası son 10 gündə bazardan 120 milyon dollarlıq kapitalın çıxarıldığını göstərir. İranda iqtisadi xəbərləri əhatələyən "EcoIran" xəbər vebsaytının məlumatına görə, oktyabrın 29-da Tehran birjasından 28 milyon dollar çıxarılıb. Bu isə son 5 aydan ən yüksək gündəlik məbləğdir.
İranda etirazlarda azı 270 nəfər öldürülüb, minlərlə insan saxlanıb. Etirazlardan başlayandan bəri Tehran Səhm Birjasının əsas indeksi olan TEDPIX 7 faiz düşüb. Birjadan çıxarılmış 120 milyon dollar isə bazardakı ümumi kapitalın 10 faizə yaxınıdır. Son günlər İran hökuməti bazara dəstək paketi təqdim etsə də, capital axınını dayandıra bilməyib.
"AzPolitika.info"


Şərhlər