“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri Elçin Məmməd bu gün səhər saatlarında Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində olub və 3 saat orda ifadə verib.
Virtualaz.org xəbər verir ki, bu barədə onun rəhbərlik etdiyi birlik məlumat yayıb. Məlumatda deyilir ki, birliyin rəhbəri bir qrup QHT-yə açılan cinayət işi ilə bağlı şahid kimi dindirilib. Bundan əlavə, QHT rəhbərindən təşkilatın və həyata keçirilən layihələrlə bağlı sənədlər istənilib.
Həmçinin bildirilir ki, Elçin Məmməd iltizam alındığı üçün aparılan istintaq barədə detallı məlumat verə bilməyəcək. O da qeyd edilir ki, Elçin Məmməd aparılan istintaqla əlaqədar yenidən prokurorluğa çağırılacaq.


Şərhlər