Pakistan Müsəlman Liqasının vitse-prezidenti Məryəm Nəvaz Pakistan Təhrik-i İnsaf Partiyasının (PTI) sədri İmran Xanı növbəti ordu rəisinin təyin edilməsinə maneələr yaratmağa çalışmaqda ittiham edib.
“Express Tribune” xəbər verir ki, M.Nəvaz bunu Londonda keçirdiyi mətbuat konfransında açıqlayıb. Bildirib ki, İ.Xan ictimai mitinqlər və uzun yürüş zamanı mübahisəli bəyanatlar verərək hazırkı hökumətin növbəti ordu rəisini təyin etməsinə mane olmağa çalışır. Qeyd edib ki, növbəti ordu rəisinin təyinatı qaydalara uyğun olaraq baş tutacaq, İmran Xanın növbəti ordu rəisinin təyin olunması ilə heç bir əlaqəsi yoxdur. Hərbi komandirin təyin edilməsi Baş nazir Şahbaz Şərifin qanuni və konstitusion hüququdur. İmran Xan bilməlidir ki, təyinat prosesi dostcasına baş verəcək: “O, artıq Pakistan siyasətində maraqlı tərəf deyil, bölgü və nifrət dizaynlarında uğursuz olacaq. Koalisiya hökuməti onun uzun yürüşündən də narahat deyil.”.
M.Nəvaz daha bir qalmaqala səbəb olacaq xəbəri açıqlayaraq deyib ki, İ.Xan Toşaxanadakı qiymətli zinət əşyalarını götürüb satıb: “O, 20 milyon rupi dəyərində olan zinət əşyalarımı alıb və 220 milyon rupiyə satıb...”.
Toşaxana 1974-cü ildə yaradılan Pakistan Nazirlər Kabineti Şöbəsinin nəzarəti altında olan hökumətə məxsus departamentdir. Burada parlament üzvləri, nazirlər və nazirliyin katibləri, prezident və baş nazir tərəfindən alınan hədiyyələr saxlanılır. Pakistan Seçki Komissiyası bu yaxınlarda İmran Xanı dövlət hədiyyələrini qanunsuz satdığına və aktivlərini gizlətdiyinə görə növbəti seçkiyə qədər dövlət vəzifəsində işləmək hüququndan məhrum edib.
M.Nəvaz daha sonra Nəvaz Şərifin ölkəyə qayıdacağına işarə edərək bildirib ki, İslamabad Ali Məhkəməsinin Londondakı Avenfield mənzillərinin arayışında Şərif ailəsinə qarşı qərarın yanlış olduğunu müşahidə etdikdən sonra partiyanın ali lideri indi heç bir iş qalmadığı üçün ölkəyə geri qayıda biləcək: “Partiya tezliklə məsələni qanuni şəkildə həll edəcək və Nəvazın təqsirsizliyi müəyyən olunduğu üçün yenidən xalqın arasına qayıdacaq”.
Xatırladaq ki, bu gün İmran Xanın sui-qəsdə məruz qaldığı xəbəri verilib. Onun yaralandığı bildirilir.
L.SƏMLA
AzPolitika.info


Şərhlər