Menu

Sergey Lavrov və Con Kerri arasında telefon danışığı olub

12.11.2014, 20:02
Sergey Lavrov və Con Kerri arasında telefon danışığı olub

Rusiya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri arasında telefon danışığı baş tutub.

APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, tərəflər İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə edib, hərtərəfli razılığa gəlməyin vacibliyi vurğulayıblar.

Ukrayna böhranından söz açan Rusiya XİN başçısı Sergey Lavrov Kiyevin Donetsk və Luganskla birbaşa dialoqun yaradılmasının zəruri olduğunu bildirib. O, həm də Minsk razılaşmalarının uğursuzluğa uğramasının yolverilməzliyini diqqətə çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol