Menu

Azərbaycan indiyədək 1 700-dən çox erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib

05.11.2022, 11:53
Azərbaycan indiyədək 1 700-dən çox erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib

“Azərbaycan tərəfi 2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanat imzalanandan dərhal sonra onun icrasına başlayıb. Hətta Azərbaycan birtərəfli qaydada pozitiv addımlar atıb. Azərbaycan tərəfi bu müddət ərzində 1 700-dən çox erməni hərbçinin meyitini Ermənistana təhvil verib”.

“Report”un xəbərinə görə, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, I Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 000 azərbaycanlının taleyi ilə bağlı hər hansı məlumat yoxdur: “2021-ci ilin qış aylarında 30 illik münaqişə tarixində ilk dəfə Rusiya qazı Azərbaycan ərazisindən Ermənistana nəql edildi. Azərbaycan tərəfi buna da birtərəfli qaydada razılığını verib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol