Bakıda şadlıq saraylarında menyuların qiyməti bahalaşıb.
Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, oktyabr ayında şadlıq saraylarında sifarişlərin sayı 43.0 faiz artıb.
Yeni mövsüm üçün təklif edilən menyulara əsasən, şadlıq saraylarının qiymətlərində oktyabr ayında əvvəlki aya nisbətən 8 faiz artım qeydə alınıb.
Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox, yəni 12 faiz artıb.


Şərhlər
Menyuların qiyməti artıbsa siz də toyunuzu şadlıq sarayında yox,hər hansı restoranı bir günlük icarəyə götürərək orada edin.Nədir,toyunuzu şadlıq sarayında etməsəniz el-oba sizi barmaqla göstərib güləcək?Gülüb nə edəcək?Salamınızı verməyəcək?Başa düşmək olmur vallah,bu nə küyə getmək xəstəliyidir bizlərdə?Dədəmiz-babamız şadlıq saraylarında toy etmişdilər?Yəni əsas məsələ hansı məkanda toy etməkdirmi,yoxsa toydan sonra aləmə borclu qalmamaqmı?Toy nikahın "yuyulması"dır,harada,hansı məkanda və necə istəyirsinizsə özünüz yuyun toyunuzu.Camaat nə deyər məsələsini birdəfəlik unudun.