Hindistan mediası yerli özəl şirkət "Bharat Forge"nin törəmə qurumu olan "Kalyani Strategic Systems Ltd"in yedəklənmiş 155 mm-lik haubitsa (ATAGS) partiyası üçün ilk ixrac sifarişini aldığını bildirib.
"AzPolitika.info" "Caliber.az"-a istinadla xəbər verir ki, məlumatda şirkətin Ermənistanla 155 milyon dollarlıq müqavilə imzaladığı qeyd olunub.
"Bharat Forge" yerli silah sistemlərini ixrac edir və Ermənistana sözügedən artilleriya sistemlərini üç il ərzində təhvil verəcək.
Hərbi-sənaye şirkəti "Bharat Forge" alıcı dövlət haqqında informasiya verməsə də, ölkənin Müdafiə Nazirliyindəki mənbələr Hindistan mediasına söhbətin Ermənistandan getdiyini təsdiqləyiblər.
Sifarişin dəyərinə diqqət yetirsək, məlum olar ki, Ermənistan 4-5 artilleriya batalyonu yaratmaq niyyətindədir. Hər bölmədə 18-20 haubitsa var.

“Caliber” qeyd edir ki, bu, Ermənistanın Hindistan silah istehsalçısına ikinci sifarişidir. Bu ilin sentyabrında Hindistan Ermənistana raketlər və onların sürsatlarını çatdıracağına söz verib. Rəsmi Dehli Azərbaycanla qarşıdurmada İrəvana kömək etmək üçün Ermənistana yerli "Pinaka MLRS" ixrac etməyə hazırlaşır. Yeni sifarişi də nəzərə alsaq, Hindistanın Ermənistana silah ixracının dəyəri 400 milyon dollar təşkil edəcək.
“Caliber.az” vurğulayır ki, əslində İrəvan bu 400 milyon dolları sözün əsl mənasında küçəyə atıb. "Effektiv hava hücumundan müdafiə sistemləri olmadıqda Ermənistan ordusundakı bütün hind silahları Azərbaycan hərbi pilotları və PUA-ları üçün asan hədəfə çevriləcək", - deyə saytın xəbərində qeyd olunub.
"AzPolitika.info"


Şərhlər
Ümidimiz həm Türkiyə, həm Pakistana, həm İsraila, həm də əsas bizim əskərlərə. Və əsas müzəffər Prezidentimizə!
erməniləri himayə etmək üçün ermənilərlə bir kökdən olan farsların,hindistanlıların əl-ələ verməsi təəccüblü deyil.Bu millətləri bir yerə toplayan rus imperiyasının da əməlləri əsirlərdir ki, sınaqdan çıxıb......İndi ümidimiz və xilasımız Türkiyəyə qalıb.Tanrı köməyimiz olsun!