Menu

"Çin Rusiyanın işğalını qınamalıdır" - NATO

16.11.2022, 16:54
"Çin Rusiyanın işğalını qınamalıdır" - NATO

"Çin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini qınamalıdır".

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 16-da Şimali Atlantika Şurasının iclasından sonra bildirib.

O deyib, Çin Rusiyanın mövqeyini dəstəkləyir: "Bu, doğru deyil. İndiki hadisələrə görə məsuliyyət daşıyan Rusiya Prezidenti Vladimir Putindir".

Y.Stoltenberqin sözlərinə görə, müharibə danışıqlar masasında başa çatacaq: "Nəticə isə hərb meydanındakı vəziyyətdən asılı olacaq. Əgər Ukrayna lideri Volodimir Zelenski və onun komandası təslim olarsa, bu, Ukraynanın müstəqilliyinə təhlükə yaradar".

Baş katib NATO-nun Ukraynanın yanında olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol