PREZİDENT ÖZÜNƏ YENİ KÖMƏKÇİ TƏYİN ETDİ - Sərəncam + DOSYE

Prezident İlham Əliyev Xalid Nurəddin oğlu Əhədovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə, X.Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub.

Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olur və Barcelonada MBA təhsili almışdır

1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi olub.

Professional fəaliyyəti:

1999-cu ilin mart ayı - «Bank of Baku» - komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri;

2005-ci il - Bank of Baku - idarə heyəti sədrinin müavini;

2012-ci il - Unibank - İcraedici komitənin üzvü;

2015 il - Unibank - İcraçı direktor;

12.07.2016 - “Bank Standard” - Baş direktor;

2.12.2016 - "Azər Türk Bank" - İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı;

10.01.2017 - "Beynəlxalq Bank" - İdarə Heyətinin sədri;

14.03.2018 - "Beynəlxalq Bank" - Müşahidə Şurasının üzvü.

Qeyd olunan vəzifələrlə yanaşı, o, "Atəşgah sığorta"nın müşahidə şurasının üzvü, Millikart Prosesinq Mərkəzinin Direktorlar Şurasının sədri vəzifələrinidə icra edib.

Xalid Əhədov CFA 3 səviyyəsinə namizəddir.

Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.

.

635x100

Şərhlər

Turana əlavə 2022-11-17 21:22:29

Azərbaycanda mütəxəssis qıtlığıdır .19 yaşında departament rəhbəri? Papanın gül balası!

Turan 2022-11-17 16:57:50

Halal olsun . 19 yaşında müştəri məmnuniyyəti departamentinin rəhbəri

Son yazılar