Beynəlxalq məktəb olan Evrika liseyində, 17-18 noyabr tarixlərində Beynəlxalq “Owlypia” Intelektual Olimpiadası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iki gün davam edən olimpiadada ümumi olaraq 222 şagird iştirak edib. Onların arasında “Oxbridge school”, “ADA school”, “Atatürk liseyi”, “Landau school”, Bakı -Avropa liseyi, Elitar Gimnaziya, 221 nömrəli məktəb, 269 nömrəli məktəbin şagirdləri də yarışıb. “Owlypia” İncəsənət və dizayn, İqtisadiyyat və biznes, Ədəbiyyat və Mədəniyyət, Elm və texnologiya, Sosial biliklər mövzularını əhatə edib.
Belə ki, “Owlypia” olimpiadasında 44 şagird qızıl, 54 şagird gümüş, 64 şagird isə bronz medal qazanaraq finala vəsiqə əldə edib. İngili dilində keçirilən Beynəlxalq “Owlypia” Intelektual Olimpiadasının qaliblərı arasında tanınmış vəkil Ceyhun Yusifovun qızı Dəniz Yusifli də var.

Onlar BƏƏ-nin Dubay, ABŞ-nın Boston və İngiltərənin Cambridge şəhərlərində keçiriləcək global turda iştirak etmək şansını əldə etmiş oldular.
“Owlypia” şagirdlərin intelektual bacarıqlarının, ingilis dili, elm və texnologiya biliklərinin, sosial əlaqələrinin,düşünmə bacarıqlarının inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, Beybəlxalq Cambridge məktəbi olan Evrika liseyi yaxın zamanda qardaş ölkə olan Türkiyə Təhsil Sisteminin də tədrisinə başlayacaq.


Şərhlər