SAHİBKARLIĞIN İNKİŞAFI FONDUNA YENİ SƏDR TƏYİN OLUNDU - Xaliyev kimdir? (Yenilənib)

İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Nazirlik yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinə (İH) Osman Xaliyev sədr təyin edilibYeni sədrin dosyesini təqdim edir:

O, 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsini İqtisadi kibernetika ixtisası üzrə bitirib. 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində İdarəetmənin informasiya texnologiyası üzrə magistratura pilləsini bitirib.

Sədr 2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb. 2010-2011-ci illərdə “Access Bank” QSC-də əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib.

O, 2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb. 2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.

O.Xaliyev 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub. 2021-ci ilin iyun ayının 1-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib. 2022-ci il noyabrın 15-də Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Ailəlidir, 1 övladı var.

***

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinə (İH) sədr təyin edilib. "Report" Fonda istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarovun əmri ilə sözügedən vəzifə Osman Xaliyevə həvalə olunub.

O, 2020-ci ilin noyabrından İH sədrinin müşaviri, 2021-ci ilin iyunundan sədr müavini təyin olunub, eyni zamanda, ötən il avqustundan sədr vəzifəsini icra edib.

Xatırladaq ki, SİF ölkə Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli Fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.

635x100

Şərhlər

Kərəm 2022-11-27 21:57:58

Bu da Naxçıvandandır?

İ.İmamov 2022-11-22 20:05:21

Təbrik edirəm və fəaliyyətində uğurlar arzulayıram !

Son yazılar