Menu

NAXÇIVAN GÖMRÜYÜNDƏKİ ƏMƏLİYYATIN YENİ DETALLARI - 100 milyonlarla rüşvət yığılıb

27.11.2022, 10:24
NAXÇIVAN GÖMRÜYÜNDƏKİ ƏMƏLİYYATIN YENİ DETALLARI - 100 milyonlarla rüşvət yığılıb

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında keçirilən son əməliyyatların detalları bəlli olub.

"AzPolitika.info" "gununsesi.info"-ya istinadən xəbər verir ki, bu əməliyyatlara əsas səbəb İran və Türkiyədən ölkəmizə idxal olunan dəyəri yüz milyonlarla hesablanan məhsulların rüsuma cəlb olunmadan keçirilməsi olub.

Sayt yazır ki, təkcə ötən il 3 ton qızıl rüsumsuz Naxçıvana, oradan da Bakıya gətirilib. Saytın mənbəsinin iddiasına görə, həmin qızılların 1 kq üçün sahibkarldan 3000 manat rüşvət alınıb. Beləliklə, tək bir fakt üzrə sahibkardan 9 milyon rüşvət alınıb.

“Bu kimi hallar uzun illərdir ki, Naxçıvan gömrüyündə davam edirdi” deyən mənbə əlavə edib ki, qanunsuzluqların üstü açıldıqca, həbs edilənlərin sayı da artacaq.

"AzPolitika.info"

Şərhlər

ƏNHU 2022-11-27 18:09:25

Mənə elə gəlir ki, AMEA-nın prezidenti müdriklik göstərib istefa versə ən doğru addımı atmış olar. Çünki o vəzifəsində qaldıqca bu fakt onun başına qaxınc olacaq.

dadaşyev 2022-11-27 15:50:54

Rüşvətsiz gömrük qanadsız quş kimidi bizdə.Yalnız Naxçıvanda deyil ki bu biabırçılıq.....Bir-iki aya çıxardırsan da pulunu.Əşi olsun üç ay,dörd ay.Çıxardırsan yəni.Fərasətinə bağlıdı bu.Bir aya da çıxara bilərsən mayanı.Bunu respublikada bilməyən bircə montinli qaçqın Ələmşah idi,ona da hamı dəli deyə-deyə öldü yazıq.Qəbrinin üstünə gedib ağlayan da yoxdu,çünki polisə donos verməklə məşğul idi.Bakı camaatı donosçiki sevməz....

Rasim Quliyev 2022-11-27 15:01:25

Allah gozunuzu doydursun doydurmasada lenetsene memur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol