İRİ MƏMURLARIN GENERAL ÖVLADLARI... - Naxçıvandakı “gömrük əməliyyatı” hansı gerçəkləri bir daha üzə çıxardı?



Stalin rejiminin əsas sütunlarından biri hesab olunan Lavrenti Beriya hər nə qədər mənfi, qəddar, repressiv, cinayətkar əməllərin sahibi kimi tarixdə qalsa da, onun istənilən ölkənin kadr siyasətilə bağlı çox maraqlı bir fikri var. Beriya deyirdi ki, idarəetmədəki hər bir problemin konkret adı, soyadı və ata adı var. Yəni ki, hansısa idarəetmə sahəsində problem varsa, onun arxasında mütləq konkret məmur, idarəçi, rəhbər adı durur...
Son illər ərzində tez-tez səslənən islahat bəyanatlarına rəğmən Azərbaycandakı idarəetmə strukturlarında baş verənlər – “MTN işi”ndən tutmuş Rabitə Nazirliyi, Mədəniyyət Nazirliyi, icra hakimiyyətləri və digər qurumlarda aşkar olunan korrupsiya və digər cinayət əməllərinə qədər ardı-arasının kəsilməyən faktlar göstərir ki, bu bəlanın kökünü kəsmək olduqca çətindir. Burada “DTX əməliyyatları” hər nə qədər effektli olsa da, problemin tam həlli üçün yetərli deyil...
Naxçıvan gömrüyündəki son əməliyyat və orada AMEA Prezidenti, akademik İsa Həbibbəylinin general oğlunun, eləcə də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qohumunun adının keçməsi iri ranqlı məmurların yaxınlarının yüksək vəzifələrə təyinatı və ümumilikdə ölkədəki kadr bazası mövzusunu yenidən gündəmə gətirir.

Əlbəttə ki, yüksək vəzifəyə, mövqeyə malik şəxsin övladı da istənilən ölkə vətəndaşı kimi hansısa dövlət vəzifəsinə təyin oluna bilər. Qanunla heç kim bunu qadağan edə bilməz. Ancaq bir də yazılmayan qanunlar, əxlaq və davranış normaları var ki, onlara görə tanınmış, yüksək ranqlı şəxsin vəzifədə olan övladı yeri gələndə digərlərindən daha məsuliyyətli, daha intizamlı və dürüst olmalıdır. Ən azından valideyninin adı xatirinə ictimai qınağa tuş gəlməmək üçün. Ancaq bizdə əksinədir.
Hansı iri məmurun vəzifədəki övladına, yaxud yaxın qohumuna baxırsan, nə ictimai rəy nə ictimai qınaq, nə ictimai nəzarət veclərinə də deyil, öz işlərindədirlər. Demək olar, hamısı da “yağlı” vəzifələri seçiblər. Məsələn, maraqlıdır, özü akademik, elm adamı, alim kimi tanınan və məntiqlə daha çox elmə, tərəqqiyə xidmət etməli, yeri gələndə övladlarını da bu sahəyə yönəltməli olan İsa Həbibbəylinin oğlu nədən böyük alim, ixtiraçı, yazıçı, rəssam və s. deyil də, məhz gömrükçü, gömrük generalı olmağı seçib?
Eyni sual digərlərinə də aiddir. Ramiz Mehdiyevin, Vasif Talıbovun və saymaqla bitməyən digər iri ranqlı şəxslərin övladları və yaxın qohumları ya general, ya nazir müavini, ya idarə rəisi, ya da ən azı səfirdirlər. Axı, hardandır onlardakı bu “istedad”?...

Necə olur ki, iri məmur övladlarının sıravi azərbaycanlı gənclərin xəyallarına belə gətirə bilmədikləri “uğur hekayələri” yaranır? Yəni, doğrudanmı bu adamlar hədsiz istedadlı, bacarıqlı, savadlıdırlar ki, “müstəqil həyata” qədəm qoyar-qoymaz istər biznesdə, istərsə də dövlət vəzifələrində “yüksək nailiyyətlərə” malik olur, yüksəldikcə yüksəlirlər? Bu sualların cavabları məlumdur və təbii ki, həmin cavablar qətiyyən “gül balalar”ın fitri istedadlarına bağlı deyil...
Lakin digər yandan həyatın ironiyası ondan ibarətdir ki, günlərin birində belələrinin səsi İsa Həbibbəylinin oğlu kimi, DTX əməliyyatlarından, korrupsiya qalmaqllarından, cinayət işlərindən gəlir...

Acı reallıq budur ki, bütün “təmizləmələrə”, pis-yaxşı kadr islahatlarına, idarəetmə strukturlarının gəncləşdirilməsinə baxmayaraq, gözlənilən nəticəni əldə etmək mümkün olmur. Nəsə düz getmir.
Məsələn, Mədəniyyət Nazirliyində Əbülfəs Qarayevin rəhbərliyilə həyata keçirilmiş “korrupsiya karuseli”nin ifşa olunmasından cəmi iki il sonra, yeni və gənc nazirin dövründə növbəti “DTX əməliyyatı”nın şahidi olduq. Bu dəfə yeni nazirin yeni müavini qandallandı, amma nazir yenə sələfi kimi, “sudan quru çıxdı”. Yəqin ki, gələcəkdə bir nazirliyi nazirdən xəbərsiz(?) necə korrupsiya yuvasına çevirməyin yolları ilə bağlı çox elmi araşdırmalar aparılacaq...

Yəni, görünən odur ki, korrupsiya ilə, korrupsiya mühiti ilə mübarizə adı altında aparılan işlər gözlənilən effekti vermir. Çünki kadr və idarəetmə problemlərini “nöqtə atışları” ilə həll etmək mümkün deyil və kadr bazası hələ də tam sağlam əsaslar üzərində formalaşdırılmır. Axı, kadr seçimi bazası daha saf, şəffaf, təmiz olmalıdır – onu iri məmur övladlarının “tusovka məclisləri”nə calamaq, kadr seçimi zamanı valideynlərin “əsil-nəcabəti”, vəzifəsi, hakimiyyət qarşısında xidmətləri və s. kimi kriteriyalar əsas götürülməməlidir!
Bu cür “papanın gül balası” prinsipi ilə təyin olunan kadrların ölkənin kadr bazasındakı xüsusi çəkisi ən azından indiki qədər yüksək olmalı deyil! Bunun sonu yüz milyonlarla ölçülən büdcə yeyintilərilə və həmişə olmasa da, Naxçıvandakı gömrük əməliyyatı kimi əməliyyatlarla yekunlaşır. Təkcə Naxçıvan gömrüyü ilə bağlı məsələdə söhbət 132 milyon manatlıq yeyintidən gedir. Ancaq sirr deyil ki, digər qurumlarda da “yeyilən amma səsi çıxmayan” nə qədər belə 132 milyonlar var...
Çoxları bugünkü korrupsiaynın, digər idarəçilik problemlərinin əsasını ölkədəki idarəetmə sitemində, onun köhnəlməsində axtarırlar. Lakin bir şey şübhəsizdir ki, Azərbaycanda ən müasir, hətta az qala süni intellekt əsasında hazırlanan idarəetmə sistemi tətbiq olunsa belə, ona “barmaq edən” məmurlar, yerli klan-tayfa təmsilçiləri, hətta “gənc istedadlar” tapılacaq. Çünki belələri gözlərini açandan görüblər ki, yaşadıqları kübar mühit üçün pul, var-dövlət, şan-şöhrət marağı bütün digər maraqları – dövlət, xalq, dövlətçilik və s. maraqları üstələyir.
Bütün bunlardan sonra Azərbaycandan “beyin axını”nın baş verməsindən, istedadlı, bacarıqlı, perspektivli gənclərin ölkədən getməsindən gileylənirik. Ancaq buna haqqımız yoxdur. Çünki bu gənclər yeri gələndə orta və yaşlı nəsildən daha ağıllı və geniş düşüncəlidirlər – görürlər ki, nə qədər “DTX əməliyyatları” aparılsa da, hələ də mövcudluğunu saxlamağa müvəffəq olan “qurdlar süfrəsi”ndə onlara yer yoxdur...
Cəlal Məmmədov
“AzPolitika.info”
Ölkə
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Bu yazıda və şərhlərdə qeyd olunanalar Aərbaycanda mıvcud sistemin yanlış olduğunu və Azərbaycan xalqınnın (azərbaycan kökənli ) zərərinə yönəlmiş sistemin nəticələri aqismən dəqiq analiz olunur..
Maraqlı yazıdır.Ancaq əsaselement nəzərə alınmayıb.Sovet ölkələrində SSRİ qanunlarına əsasən bir nazirıikdə və ya idarə.müəssisədə yaxın qohumların işə qəbul olunması qadağan idi və bu öz effektli nəticələrini təsdiqləmiş metod idi.Əgər bir məmurun evladı və ya yaxın qohumu elə bacarıqlıdırsa o digər qurumlarda işə qəbul edilər və fəaliyyət göstərə ilərdi.Heç bir məhdudiyyət tətbiq olunmzdı.Ancaq mövcud qanunlar daxilində.Bizdə isə hansı nazirliyə,idarəyə,İcta hakimiyyətlərinə baxırsan komanda şəklində bir qrup cəmləşib.Bunun ziyanlı nəticələri göz qabağındadır.Ona görə indiki möcud idarəçilik ölkəni uçuruma apardığının sübuta ehtiyacı olmadığından ciddi nəticələr çıxarmağa ehtiyac duyulur.......
xarici işlər naziri ceyhun bayramovun da bir general qohumu vardır, qardaşı da maliyyə nazirinin müavinidir, özü də əvvəllər biznesmen olub, elə indi də biznesmendir....
Azpolitikaya bu gözəl və nəcib təşəbbüsünə görə təşəkkürümü bildirirəm və güman edirəm ki, bu təkcə mənim deyil bütün Azərbaycan vətəndaşlarının fikridir. Arzu edərdim Azpolitika bu mövzuya geniş yer ayırardı və bütün nömrələrində bu mövzu saytın əsasını təşkil edərdi. Bununla sayt ölkə başçısına da yardımçı olardı. Yavaş-yavaş oxucularımızın da “donu” açılır və kifayət qədər maraqlı fikirlər irəli sürürlər. .....
Müəllifə təşəkkürlər!
Siz hələ anlaya bilməmisinz ki,AZərbaycanda yaradılan sistemin dünyda analoqu yoxdur ......
Bütün planetlər yumrudu deyə gülbalaların sifətləri də yupyumrudu qlobus kimi.Körpəlikdən bunlara məmur atalar "qa" deyəndə ceyran əti,"qu" deyəndə natural meyvə şirəsi veriblər deyə hər cür vitaminlər bolluğundan üzləri vazelin sürtülmüş kimi pardaxdı,elə bil najdaçkaynan sürtüb xoş tale sifətlərini.Planetsifət,ulduzüz,Marsçöhrə gippopotamvücud gülbalalardı bəxtlərinə müstəllik gülən,sultanlar kimi yaşayanlar. Qalanlar barmağının kirini sorur.
Super yazıdı.Belə eybəcərliyin səbəbi budur ki,bizim cəmiyyətdə qohumluq və regionçuluq qanundan alidir.Belə olmasaydı Xəzərsahili boyunca hərbi istehkamları xatırladan villa divarlarını elə yerlərdəki icra başçıları da sökdürə bilərdi bu otuz ildə.Deyərdilər qanun hər şeydən alidir,olmazsa olmaz.Vaxtilə Saakaşvili Odessanın qubernatoru olanda o vilayətdəki dənizkənarı divarları buldozerlə sökdürmüşdü.Həm də televiziyadan müxbirlər çağırtdıraraq.Mane olmaq istəmişdilər ona villa sahibləri,amma o, kağız parçasını əlində bayraq kimi yelləyə-yelləyə demişdi ki,əlimdə qanun var,sök deyir o qanun,ona görə də sökülməlidir,çünki heç kəs qanundan üstün deyil.Bizdə isə kimlərinsə qanundan üstün olduğunu görmək adi hala çevrilib,ona görə də adamlar küskün olur cəmiyyətdən.Adamlarda narazılığı bəzi məmurlar bilərəkdən yaradırlar sanki.Keçən həftə Qəbələyə getmişdim,axşam nura qərq olmuşdu Qəbələ.Çox xoşuma gəldi.Oradan dedim gəlmişkən Oğuza,Şəkiyə də dəyim.Şəki də işıqlıydı.Amma Oğuz küçələri qapqaranlıq idi.Allah Allah!Camaat çaxmaq işığında,kibrit alovunda gedib gəlirdi.Camaat deyəndə ki,iki cüt,bir tək adam vardı o boyda küçələrdə.Camaat neynəsin?Qaranlıq,zülmətdi axı.Dedilər aylarla,illərlə belədir Oğuzda,axşamlar küçələrdə işıq olmur.Dedim bəs icrakoma niyə demirsiniz?Əllərini yellədilər ki,nə xeyri var,görünür işığın pulunu yeyirlər,ona görə də ekonomiya edirlər,ara yerdə camaat axşamlar küçədə kor kimi gəzir.Vəssalam.Həqiqətən də nə xeyri var,başçı da,müavinləri də o rayonda yaşamırmı,axşamlar küçələrin zülmət qaranlığını görmürlərmi?İşıq idarəsinə deyəmmirlərmi a bala,camaatı niyə qaranlıqda qoyursan?Camaat belə olanda narazı olmasın neynəsin?Amma niyə narazı edilməlidi camaat?Biz Serbiyaya da elektrik enerjisi satacağıq,amma öz rayonlarımızda küçələr axşamlar qapqaranlıq olur.Niyə?Niyəəəə?Üstəlik turist bölgəsidir Oğuz.Ora gedən turist şəhəri qaranlıq görəndə bir də ora gedərmi?
Bilmirəm, Cəlal müəllim hüquqşünasdır yoxsa başqa sahənin mütəxəssisidir, lakin onun qaldırdığı məsələ kifayət qədər Azərbaycan üçün taleyüklü məsələdir. Sovet vaxtı məşhur lətifə yadıma düşdü. Azərbaycanlı hərbi xidmətdən qayıdanda özü ilə bir Nataşa gətirir. Evdə səhər şor, günorta şor, axşam şor. Nataşa bezikib Rusiyaya qayıdanda bir zapiska yazır: Mən çıxıb gedirəm, amma bu nədisə, bu ağ şey sizi qıracaq. Bu korrupsiya ki var bizim axırımıza çıxacaq. Oxşar praktika İtaliyada vaxtı ilə 15-16 əsrlərdə mövcud olmuşdur. Buna nepotizam deyirlər. Həmin dövrdə roma papaları öz hakimiyyətlərini möhkəmlətmək naminə gəlirli vəzifələri, ali dini rütbələri öz qohumlarına paylayırdılar. Bu gün biz həyatımızı İtaliyanın 15-16 əsrlərdə mövcud olan praktikasına uyğunlaşdırırıq. Bu rəzalətdir, cinayətdir. Bunun axırı haraya qədər gedəcəkdir bunu Allah da bilmir. Bir məsələ maraq doğurur. Bu günə kimi əlaqədar qurumlar bilmirdilər ki, kim kimin övladıdır, kim hansı qələtlə məşğuldur? ..... Bir onu bilirəm ki, cənab Prezident xarici siyasəti yoluna qoyduqdan sonra bunların hamısının dərisini soyacaq. Buna əminəm, səbirsizliklə o günü gözləyirəm. Bu məxluqlar bir şeyi dəqiq bilsinlər ki, bu kişi Heydər Əliyevin, Çekistin oğludur. Bizim cəmiyyətdə hamı bir-birinin üzünə hırıldaya hırıldaya cinayətin iştirakçılarına çevrilirlər. Bizim xalq o qədər humanist xalqdır ki, hər şeyə loyal münasibət bəsləyirlər. Bu maraqlı yazıya bir şərh verilməyib. Bu da xalqın hər şeyə laqeyd münasibətindən irəli gəlir. Son olaraq, bu gülbalaları vəzifəyə təyin etdirəndə atacıqları heç olmasa papaqlarını qabaqlarına qoyub özləri özlərinə bir hesabat verirlərmi? Bu atacıqları da balalarının arxasınca göndərmək lazımdır. Qaldı ölkənin savadlı, nurlu övladlarının ölkəni tərk etmələri, bu faktdır. Elə neçələrini mən tanıyıram. Varlarından, pullarında keçib min bir fırıldaqla müəyyən sənəd düzəldib, ya qreen card düzəldir, ya siyasi məhbus adı ilə, ya qaçqın adı ilə ölkəni tərk edirlər. Belə getsə ölkədə bu məmurcuqlardan başqa kimsə qalmayacaq. Vallah elə mütəxəssilər tanıyıram ki, barələrində söhbət gedən generalcıqlar onların əllərinə su tökməyə də yaramır. Gəlin açıq etiraf edək, Azərbaycanda kadr məsələləri sıfır səviyyəsindədir. Son olaraq təklifim ondan ibarətdir ki, bu gülbalaları ataları və onların arxcasında duranları tarixin arxivinə göndərmək lazımdır. Belə davam etsə vay bizim halımıza. Bilmirəm, Azpolitika bu cızmaqaranı verəcəkmi?
Mən sosializmi qəbul etmirdim. Lakin Azərbaycandakı reallıqlar onu sübut edir ki, bəli, kapitalizm doğrudan da insanın insan tərəfindən istismarına və alçaldılmasına əsaslanan bir formasiyadır və o imperializm mərhələsində quduzlaşır. ...
Məncə generalların sayının çoxluğunun xeyri böyükdür, belə ki, ətraf dövlətlər bizdən bir qədər də çox qorxarlar ...
Siz bir sefirliklerde ishleyenleri maraqlanin hamsi memur ovladidir.Atasi ,Dayisi geden kimi hec vurma cedvelini coxsu bilmir.Hele men gomrukdeki biabirciligi demirem bir nesil ishleyir ele bil osminoqdur hamsida akademekdiler ele bil.Ata dayi emi geden kimi fikri istedad itir tam cunki DayDay
Gomruk,Vergi,Emlak,Iqtisadiyyat,Prokurorluq,Xarishler Nazirliyi hara baxirsan ata ogul,qizi xalasi oglu,bibisi oglu.Imtahanin 1 ci turundan kecir 2 ci turdan papanin gul balasini kecirdirler.Ad olur oz savadi ile gelib.Gonrukde bir attestasiya edin DIM etsin hec 30 faizii kechmez cunki day day tapish olan yerde ne savad olur ne inkisaf cunki Day Day savadli usaglarda gedir Sederekde alver edir cunki adamlari yoxdur
Nə qədər YAP olacaqsa, o qədər də bel'əhalar olacaq .....Bir baxın korrupsioner və rüşvətxorlar siyahisinə,buna əmin olacaqsınız.
Vasif Talıbovun hakimiyyəti Naxçıvan camaatı üçün bir sınaq dövrü oldu."Qəhrəman Sədərək","Naxçıvanım,yurdum mənim" və milli Qəhrəmanımız Y.Mirzəyevə həsr olunmuş sənədli filmlərin senarisini yazmaq məqsədi ilə həftələrlə Naxçıvanda oldum.Axşamlar V.Talıbov,İ.Həbibbəyli və M.Pənahovun obyektlərindən başqa heç kimə işləməyə icazə verilmirdi.Türkiyə sərhəd-gömrük məntəqəsində sədərəkilərə qan uddururdular.Nə yaxşı ki,Cənab Prezident bu məsələyə diqqət ayırdı.
Hörmətli yazar Nazirliyin Nazirdən xəbərsiz «elmi » əsərini R. Mehdiyev seçkilər zamanı öz kabinetində «otvyorka » ilə pul diplomatını açarkən yazmışdır , ona görə də Azərbaycanda General sayı ÇİN dövlətindəkindən çoxdur ,ona görədə hörmətləri yoxdur ( General Polad Həşimov ,Hikmət Mirzəyev xaric )
Araşdıran olsa ortaya çıxacaq ki,hazırki hərbi,gömrük,ədliyyə, generalların 90 faizi vəzifəli şəxslərin ya qohumu,ya ailə üzvüləridir.......Bu məsələ niyə hakimiyyəti maraqlandırmır?Hamısı da YAP üzvləri,öndə "gedənlər" (rüşvətxor və korrupsioner )
BİZDDƏ ƏSAS FİQURLAR HƏPS EDİLMİR.BU YAZİLMAMİŞ QANUNDİR !