Menu

AZƏRTAC-ın İDARƏ HEYƏTİNƏ YENİ SƏDR TƏYİN OLUNDU - DOSYE

28.11.2022, 20:53
AZƏRTAC-ın İDARƏ HEYƏTİNƏ YENİ SƏDR TƏYİN OLUNDU - DOSYE

Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Vüqar Əliheydər oğlu Əliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dillər Universitetini bitirib.

İkinci ali təhsilini isə Moskva Dövlət Linqvistika Universitetində jurnalistika ixtisası üzrə alıb.

O, bu vəzifəyə təyin olunana qədər AZƏRTAC-da bölmə müdiri kimi, daha sonra isə Prezident Administrasiyasında məsul vəzifədə çalışıb.

Vüqar Əliyev ailəlidir, üç övladı var.

Şərhlər

X 2022-11-28 18:26:29

AZƏRTAC-IN YENI SAHIBI BELLI OLDU

t.ədalət 2022-11-28 17:05:31

Bu da Rusiyanın kadrı......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol