“NAXÇIVAN GÖMRÜYÜNDƏ GÜNLÜK YIĞIM BİR NEÇƏ MİLYON OLUB” – “Bu proses 30 ilə yaxındır davam edirdi”

DTX-nın Naxçıvanda keçirdiyi məlum əməliyyatdan sonra Muxtar Respublikanın demək olar, bütün dövlət qurumları, xüsusən də gömrük orqanlarındakı korrupsiya ilə bağlı müxtəlif məlumatlar, şərhlər yayımlanmaqdadır.

“AzPolitika.info” xəbər verir ki, iqtisadçı Rövşən Ağayev öz “Feysbuk” səhifəsindəki paylaşımında Naxçıvan gömrüyündə hər gün bir neçə milyon manatlıq qeyri-rəsmi haqq yığıldığını iddia edib: “Naxçıvandan olan bir tanış deyir ki, Türkiyədən 5 litrini 33 manata aldığımız, amma hətta şəxsi istehlak üçün gömrükdən keçirməyə imkan verilməyən zeytun yağı Muxtar Respublikada 65 manata satılırdı. Son günlər bu yağın quyməti artıq 40 manat ətrafında qərarlaşıb.

Gömrüyün imtiyaz verdiyi idxalatçılar bax beləcə qaz vurub, qazan doldurdu uzun illər.

Həmin şəxs kifayət qədər məlumatlıdır və deyir ki, Naxçıvanı İran və Türkiyə ilə birləşdirən 3 gömrük məntəqəsindən hər gün qeyri-rəsmi yığılan haqların həcmi bir neçə milyona çatıb və bu proses 30 ilə yaxındır davam edir.

Bu yaxınlarda şagird sayı və kommunal xidmətlərin abonentlərinin sayına əsasən müqayisəli bir araşdırma aparmışdım, Naxçıvanın kağız üzərində olan 450 min nəfər əhalisinin heç olmazsa 150-200 min nəfəri MR-dən baş götürüb qaçıb - məhz belə dözülməz şərtlər altında yaşamamaq üçün.

Amma məsələ bir şəxs və ya onun ətrafındakı 3-5 nəfərlə bağlı deyil.

Korrupsiyanın işləmə mexanzmini nəhəng bir magistral su kanalından suyun daha kiçik kanallarla paylanması ilə müqayisə edin. Əgər magistral kanal betondan deyilsə, özülü torpaqdırsa, su bütün kanal boyu sıza-sıza itkiyə gedəcək...”

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2022-12-01 23:24:05

Təkcə Naxçıvandakı gömrük postu deyil,Azərbaycanın bütün gömrük qapılarında şıdırğı rüşvət toplanır.

rasim quliyev 2022-12-01 20:45:32

vallah naxcivanlari qinayiriq bu dehsetdir memur ozbashnaligi bas alib gedir

Vətəndaş 2022-12-01 13:53:25

Talançı-quldur komanda biz millətə milyardla yox bəlkə bə bir neçə TRİLYON atıblar. Biz isə şirin yuxuda yatırıq. Acından ölürük pis gündəyik. Var dövlətimizi bizdən olmayanlar çapıb-talayıb daşıyırlar. Ancaq biz yenə də yatrırıq. Allan bizə köməy olsun!

musa imanov 2022-12-01 13:43:14

sozun bitdiyi yer yani bu qadarmi oz milletine qarsi edelatsiz olasan dozulmaz haldir ceneb prezident lazimi tadbir gorar biz inaniriq

Son yazılar