Azərbaycan XİN İrana nota verib

İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış məlumata aydınlıq gətirilməsi məqsədilə bu ölkənin Azərbaycandakı Səfirliyinə müvafiq nota göndərilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

XİN rəsmisi qeyd edib ki, hazırda məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir.

"Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir", - A.Hacızadə vurğulayıb.

Qeyd edək ki, son günlərdə 14 nəfər İran İslam Respublikası vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazisinə daxil olduğu barədə xəbərlər yayılıb.

635x100

Şərhlər

magomed 2022-12-04 15:16:37

eh, belə nota verməyə sallaysınız... diplomatik qaydalara görə nota təqdim ediləcək tərəf xin-ə çağırılır və nota ona şəxsən təqdim edilir.. bizim xiyarlar isə... nədir, iran səfirliyi Azərbaycan XİN*i qozuna almır ki.. almaz əlbət.. çün ki.... iranla əlaqələrə məsul şəxslərin dili gödəkdir, xalafovun da bunyad huseynovun iranla ticarət əlaqələri mövcuddur. Belədə ki, Xİn*də tat mənşəli əməkdaşların əksəriyyətinin iranpərəst olduğu açıq sirrdir, xxo-lar da bunları bilməmiş deyillər, hələ onlara himayədarlıq da edirlər

dadaşyev 2022-12-03 22:57:52

İran Tiryək Respublikasına nota vermək eşşəyə zəfəran vermək kimi bir şeydi.

Son yazılar