Xəzər dənizinin Dağıstan sahillərində 700-ə yaxın suiti cəsədi tapılıb. “Report” xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyin Şimali Qafqaz Ərazi Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, suitilər Neft Bazasından Sulak çayının mənsəbinə qədər olan ərazidə aşkar edilib. Hazırda səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.
Vurğulanıb ki, ölmüş heyvanların cəsədlərinin sayı daha çox ola bilər, onların dəqiq sayı hələlik məlum deyil.


Şərhlər
Suitilərin ölümünə səbəb Putinin Xəzər dənizini hərbi poliqona çevirməsidir. Bu dənizdəki donanmadan Ukraynaya atılan raketlərin güclü səs və dənizə çökən zərbə təsiri nəticəsində,təkcə suitilər deyil,digər dəniz faunaları da məhv olur.Putinin dənizin bu cür istismarı nəticəsində böyük ekoloji katasroflara gətirib çıxaracaq.