AZƏRBAYCAN VƏ TÜRKİYƏ ORDUSU İRAN SƏRHƏDDİNDƏ - Tehrana hansı mesaj verilir? + FOTOLAR/VİDEO (Yenilənib)

Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

“Əsas məqsəd, NATO standartlarına uyğun olan təlimlərdə Azərbaycanın iştirak etməsidir. Müasir silahlardan istifadə bacarığının təkmilləşdirilməsi də təlimin məqsədlərindən biridir”, - deyə Arzu Nağıyev bildirib.

Deputatın sözlərinə görə, təlimlərə Ordunun müxtəlif qoşun növlərinin cəlb olunması həm müdafiə, həm də hücum xarakterli məqamları özündə ehtiva edir.

Deputat birgə təlimlə İrana verilən mesajdan da söz açıb.

“Əsas məqam bundan ibarətdir ki, İran Azərbaycan sərhədində təlimlər keçirəndə Azərbaycan da adekvat cavab məqsədilə təlim keçirdi. Bu gün qış mövsümünə uyğun olaraq həm dağ, həm də səhra şəraitində Azərbaycan-Türkiyə birgə təlimləri də müvafiq plan üzrə gedir”, - deyə Arzu Nağıyev əlavə edib.

Prezident İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib: “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, Türkiyə ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada Türkiyə ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”.

635x100

Şərhlər

ƏNHU 2022-12-05 18:32:28

Mənə əm çox ləzzət eləyən panton körpülər oldu. Əskiyəbürünən mollalarına bundan tutarlı qapaz ola bilməz.

dadaşyev 2022-12-05 16:17:52

Bizim aslan oğullarımız İran Tiryək Respublikasının pətənəyini dağıdacaq gücdədir.Əmmaməli həşşaşi tiryaki farslar Azərbaycana qarşı nə paxlava yediklərinin fərqində olub it kimi qısılıblar künc-bucağa indi bu təlimlərə baxaraq.

Son yazılar