Menu

ABŞ terrorçulara qarşı əməliyyatdan narahat olub - Börns Hakan Fidanla nə danışıb?

08.12.2022, 17:02
ABŞ terrorçulara qarşı əməliyyatdan narahat olub - Börns Hakan Fidanla nə danışıb?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) direktoru Hakan Fidana zəng edərək Suriyanın şimalında terrorçulara qarşı yeni hərbi əməliyyatların keçirilməsindən narahat olduqlarını bildirdiyi iddia olunur.

Bu barədə Amerikanın “Axios” nəşri yazıb. Məqalədə qeyd olunur ki, Börns həmçinin Ankaranın Suriyanın şimalındakı son genişmiqyaslı hava əməliyyatından narahatlığını ifadə edib. Terorçuları birbaşa himayə etdiklərini gizlətmək üçün isə, əməliyyatın Amerika əsgərlərinin həyatını riskə atdığını vurğulayıb.

Xatırladaq ki, Türkiyə ABŞ və Rusiya qarşısında iki həftə ərzində Suriyadakı PKK-PYD terrorçularının Mənbic, Tell- Rıfat və Kobanidən çıxarılmasını tələb edib.

Ankara terrorçuların sözügedən ərazilərdən çəkilmədiyi təqdirdə quru əməliyyatına başlayacağı ilə bağlı xəbərdarlıq edib. Hazırda ABŞ və Rusiya nümayəndələri Türkiyənin tələbləri ilə bağlı terrorçu təşkilatların rəhbərliyi ilə danışıqları davam etdirirlər.

Üç ABŞ rəsmisi “The Washington Post”a Türkiyənin bu ay quru əməliyyatına başlaya biləcəyini deyib. Bildirilir ki, ABŞ Ankaranın etirazlarına baxmayaraq, Suriyadakı terrorçu qruplaşmalara dəstəyi davam etdirəcək.

Bu arada ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, Türkiyənin özünümüdafiə hüququ var, lakin ABŞ hələ də Suriyanın şimalında hərbi əməliyyata etiraz edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol