Menu

"Əsas favoriti nokaut etdik" - Zlatko Daliç

10.12.2022, 15:41
"Əsas favoriti nokaut etdik" - Zlatko Daliç

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2022-nin 1/4 finalında Braziliyaya qalib gələrək (1:1, penaltilər seriyası - 4:2) yarımfinala adlamaları barədə danışıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, mütəxəssis komandası ilə fəxr etdiyini deyib:“Bu qələbə Xorvatiya xalqınındır. Bravo, biz əsas favoriti nokaut etdik. Bu, Xorvatiyadır. Demişdim ki, bizi heç vaxt aşağılamayın. Hər kəs əlindən gələni etdi. Futbolçularım çılğındırlar. Biz fəxr edirik. Cəsarətli idik və xorvatlar həmişə uğur qazanırlar”.

Qeyd edək ki, Xorvatiya yarımfinalda Argentina ilə qarşılaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol