Menu

Vladimir Putin İlham Əliyevə zəng edib

12.12.2022, 14:16
Vladimir Putin İlham Əliyevə zəng edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.

Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar.

Şərhlər

Roma 2022-12-12 15:21:41

Yəqin təcili balaca qardaşlarının şikayəti əsasında, Putin, cənab Prezidentimizə zəng edərək bir daha onları "tapşırıb"...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol