Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda aksiya keçirilən ərazidə səsgücləndiricilər vasitəsilə musiqilər səsləndirirlər. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, aksiya işçirakçıları da səsgücləndirilər vasitəsilə vətənpərvərlik ruhunda manılar qoşaraq birlikdə ifa edirlər.
Aksiya davam edir.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.


Şərhlər
Ay amaaan!Bir azcıq pafosdan uzaq olsaq bəlli olar ki,xalqımız üçün ən vacib bir məsələ siyasilikdən çıxıb uşaq oyununa dönməkdədir.Ruslar bizi açıq-aşkar barmaqlarına dolamaqdadır,biz də qabaqlarında oynayıb rəqs edirik.Dünya bizə baxır,a kişilər,zəfər qazanmış ölkə deyilikmi?Zəfər qazanmışıq,amma öz rayonlarımıza getməyə ruslar icazə vermir.Aaaa!Dinc əhali bu qarda-şaxtada orada dayanmaqla icazə verəcəklərmi?Və daha mühümü də odur ki,biz öz rayonlarımıza yadellilərdən icazə alaraq getməliyikmi?Yoxsa sadəcə bildirərək getməliyik 2025-ci ilə qədər?Bildirmək və icazə verilmək başqa-başqa şeylər deyilmi?İcazə də azadlıq kimidir,verilməyəndə zorla alınar.Həm də dinc əhali yox,hərbçilərimiz hərb gücünə,döyüş meydanında almalıdır o icazəni.Kiçik xalqıq,amma yalnız deyilik,Türkiyə və Pakistan arxamızdadır bütün gücləriylə.Otuz ildən çox çəkdik bu sıxıntıları,bundan sonra daha çəkəcək halımız yoxdur vallah.Birdəfəlik məsələyə nöqtə qoyulmalıdır.Ukraynalılara baxın,gecə-gündüz ölüm-dirim savaşındadırlar.Çünki Babəkin sözü bütün dünya üçün örnəkdir:bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan yaxşıdır.Ukraynalılar rus əsgərlərinin qabağında durub rəqs eləsəydilər,şüarlar səsləndirsəydilər indi bütün Ukrayna rus işğalı altında olardı.Aaaa,səni Vətənin doğma torpaqlarına yadelli işğalçılar buraxmırlar,sən isə durub buna görə onların qabağında oynayırsan.Absurd bir şeydir vallah.Buraxsaydılar sevindiyindən oynadığını başa düşərdik.Buraxmayıblar axı,nəyə sevinirsən?Sevinmirsənsə niyə oynayırsan?Hirsli-hirsli kim oynayar?1988-ci ilin noyabrında Topxana meşəsini ermənilər qıranda Domsovetin qarşısında milyonluq etiraz aksiyaları keçirdiyimizdə də tonqallar yandırıb,zurna-qaval çalıb oynayırdıq on min il qabaq Qobustan qayalıqlarındakı kimi.Noldu sonu?Dekabrın beşində ruslar gecə meydanı ələ keçirib Bakıda komendant saatı tətbiq etdilər.Çünki torpaqlar dinc aksiyalarla alınmaz.Əgər Vətən torpağının hansı bir hissəsinəsə yadelli işğalçılar girməyimizə icazə vermirlərsə,bu açıqca o deməkdir ki,o hissəni özlərininki hesab edirlər.Belədirsə o hissəni onlardan geri almaq zurna-qavalın,dəf-dumbulun yox,müzəffər əsgərimizin işidir.
Güman ki rus murdarməramlılar bir qədərdən sonra mütləq erməni mahnıları da səsləndirəcəklər ki,bizim adamları qıcıqlandırsınlar.Etiraz edəndə deyəcəklər ki,musiqinin sərhəddi yoxdur.