BAKIDAKI MƏŞHUR BAZAR VASİF TALIBOVDAN ALINDI - "Talıbovların adamları obyektdən tam uzaqlaşdırılıb"

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla bağlı ard-arda gələn xəbərlər dayanmır. Məlum olur ki, Talıbovlar klanı 30 ildə yığdıqlarını itirməyə başlayırlar.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, Vasif Talıbovun itirdiyi böyük obyektlərdən biri də Bakıda “Dərnəgül yolu”nda yerləşən taxta bazarı olub. Uzun illər idi ki, Talıbovlar ailəsi bu bazarda böyük pullar qazanırlar və bu vəsaitlər rəsmiləşdirilmirdi.

Sahibkarların bildirdiyinə görə, artıq bazarda Talıbovların adamları gözə dəymir. Onlar obyektdən tamamilə uzaqlaşdırılıb. İndi taxta bazarına Bakı Şəhər İcra Hakimiyyətinin “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” nəzarət edir. İcarə haqları bu birlik tərəfindən rəsmi olaraq qəbul edilir və həmçinin hər bir sahibkar Dövlət Vergi Xidmətinin kassa aparatları ilə təmin olunub.

Onu da qeyd edək ki, sözügedən bazar bir neçə dəfə güclü yanğınlarla gündəmə gəlib. Burada əsas problemlərdən biri ondan ibarət idi ki, Talıbovlar bazarda Fövqəladə Hallar Nazirliyinin təhlükəsizliyə qarşı önləyici tədbirlər görməsinə imkan yaratmırdılar. Bu hadisələri də o zaman klanların savaşı kimi şərh edənlər vardı.

635x100

Şərhlər

Alim 2022-12-21 13:24:40

Taxta bazarını ititmək vicdanı itirmək demək deyil! Həyatda hər şey olur. Bir nəfəri yetirtdim, içirtdim, uşaqlarının kirvəsi oldum. Gəldi məhkəmədə üzümə durdu. Belə hallar çox olur. İnsan öz qardaş və bacılarından başqa heç kimə güvənməməlidir!

Moshu 2022-12-17 22:45:24

Aman Allah, adam nə qədər günah işlədəsi olar? Özü yıxılan ağlamaz. Vəzifə sənə həvalə olanda Allahlıq iddiasınamı düşməlisən? Hazırda söhbət Vasif Talıbovdan gedir. Anlaya bilmirəm, bu subyekt Ali qanunvericilik orqanının rəhbəridir, yoxsa gömrük, fövqəladə hallar nazirliyinin, daxili işlər nazirliyinin, və bir sıra komitə və nazirliklərin rəhbəridir, yoxsa sahibkardır? Bu adam belə çıxır ki, hərşeyşünasdır. Bu genişmiqyaslı xidmətlərinə görə də 2010-cu ildə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni, 2020-ci ildə Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilir. Bu yazıları oxuduqca belə qənaətə gəlirsən ki, bu cinayətlər gizli qaydada aparılıb, bundan heç kimin xəbəri yoxdur. Həmişə qeyd etmişəm, indi də təkrar edirəm, bu xalq çox geniş ürəkli, genişqəlbli xalqdır. Lakin məni həmişə düşündürən bir məsələ var, o da millətimin laqeydlik xəstəliyinə tutulmasıdır. Vaxtı ilə Talıbovun qarşısında əyilməyi özünə şərəf bilən həmvətənlərim bu gün onun qanını içməyə hazırdır. Vasif Talıbova hər hansı güzəşt olmamalıdır, ən azından başqa Talıbovlara görk olsun deyə. Bu illəri yağ-bal içində keçirən cənab və ailələri Qanunun bütün tələblərinə cavab verməlidirlər, ümumiyyətlə ölkəmizdə elə bir normal şərait yaradılmalıdır ki, bundan hamı razı qalsın. Gör-götü dünyasıdır. Avropaya, Sinqapura, Honkonqa və bir sıra başqa ölkələrin təcrübəsinə istinad etmək lazımdır. Bir sözlə normal cəmiyyət qurulmalıdır, Azərbaycanımızın buna hər cür imkanları var.

Nəbi 2022-12-17 21:43:35

Ümumiyyətlə tikinti marerialları bazarlarında kassa aparatlarından istifadə olunmur, xüsusi ilə Şəkidə bundan söhbət gedə bilməz, Yevlax vergilər departamenti isə bunu bilir, sözsüz ki, şəxsi maraqlarını güdərək kassa aparatı və digər vergi sənədləri tələb etmirlər və bunu kim bilmir ki ???????

Rasim Quliyev 2022-12-17 21:07:46

Allah Vasif kimilerin gozunu doydursun bu dunyada doymasalarda bir ovuc torpaq cehennemde doydursun

dadaşyev 2022-12-17 16:12:22

Türkiyədə gözəl bir məsəl var,deyir “Gecikmiş ədalət ədalət deyildir”.27 ildir dağıdıb bu adamlar xəzinəni,dövlətə yüz milyardlarla ziyan vurublar.Niyə 27 ilin birinci ilindəcə bunlara qulaqburması verən olmayıb?Niyə 20 il,15 il,10 il,5 il,1 il əvvəl bunlara gözün üstə qaşın var deyən olmayıb?Səbəb nə olub?Bilməyiblərmi?Ən sıravi insanların da bildiyi şeyləri o boyda dövlət qurumları necə bilməyə bilərdi?Elə isə niyə susublar?Onda belə çıxır ki,bu günün özündə də xəzinəni dağıdanlara nə 1il sonra,nə 10 il,nə 15 il,nə 20 il,nə 25 il sonra bir söz deyilməyəcək ki,qoy dağıtsınlar,27-ci ildə baxarıq işinə.A balam,belə şey olarmı?Dövlət nəzarəti deyə bir şey varsa hər bir adam elə çalıb çapmağa başlayan kimi məsuliyyətə cəlb olunmalıdır,yoxdursa nəyə lazımdır əsrin üçdə biri keçəndən sonra ifşa etmək?Ömür nə qədərdir ki,onun təxminən yarısını bu adamlar sultanlar kimi yaşadılar?Bundan sonra bu adamı lap elə həbsə atın,nolacaq?Yediyini yedi,bir dəfə gəldiyi bu dünyada azı 27 il sultan kimi yaşadı,ona bəsdi.Vay qara camaatın halına.Bir xoş gün görəmmədi nə sovet vaxtında,nə müstəqillik vaxtında.Göydən qızıl zənbillə düşən bir ovuc adam yaşadı adam kimi,yaşayır və yaşayacaq.Məsəla,AZAL-ı çox deputatlar topa tutdu ki,qiymətlər çox bahadı,yoxlamalar nəticəsində də bəlli oldu ki filan qədər əyər-əskiklər var AZAL-da.Noldu sonu?Yoxsa 27 il ötəndən sonramı gələcək sonu?Niyə tədbir görülmür?Bu ki Qarabağda dayanıb bizi Xankəndinə buraxmayan rus əsgərləri deyil ki,gücümüz çatmasın.Dövlət öz gücünü göstərə bilmirmi AZAL-a?Axı yalnız sıravi vətəndaşlar deyil,millətin vəkilləri narazıdır onun fəaliyyətindən?Nə baş verir?Xəzinəni yeyib dağıdanlara bunca loyal münasibətin arxasında nə var?Niyə tədbirlər zamanında görülmür?Kukla teatrı yoxlanılırmı?Çox əcəb.Bəs AZAL?Bəs Qaçqınkom?Bəs vəsair və ilaxırlar?

Son yazılar