“Ermənistan-Azərbaycan sərhədində düşünülməmiş addımlar bir neçə dövlətin iştirak etdiyi regional müharibənin alovlanmasına gətirib çıxara bilər”.
“AzPolitika.info” xəbər verir ki, bunu KTMT-nin Baş katibi Stanislav Zas deyib.
“Ermənistanın KTMT-ni tərk etmək istəməsi barədə fikirlər doğrdurmu" sualını cavablandıran Zas belə deyib: “Əlbəttə, yox. Bu il baş verən hadisələr buna sübutdur. Dövlət başçıları üç dəfə görüşüb və sərhəddəki vəziyyəti müzakirə ediblər. Sərhədə KTMT missiyası göndərilib. Ermənistana yardımın göstərilməsi ilə bağlı tədbirlər haqqında qərar layihəsi hazırlanıb. Bütün lazımi addımlar atılıb”.
Eyni zamanda o, missiyanın əldə etdiyi nəticələrə əsasən təklif olunan qərarların balanslaşdırılmış və adekvat olduğunu bəyan edib.
“Təkliflərə gəlincə, onlardan biri missiyanın sərhədə göndərilməsi idi. Tərkib, 2 aylıq müddət, vəzifələr və mandat göstərilib. Missiyanın əsas məqsədi yerlərdə vəziyyəti öyrənmək və təkliflər hazırlamaqdır”, - S.Zas qeyd edib.
“AzPolitika.info”


Şərhlər
Qələt edirsən, zas!
zas qelet edir, tulku hiylegerliyi ile Azerbaycani qorxutmaq isteyir, KTMT-in terkibine baxsin , sonra fikir soylesin.