Menu

“Rusiya Azərbaycana təzyiq edə bilməz...” – “Bu, Türkiyə ilə münaqişəyə gətirib çıxarar”

24.12.2022, 13:22
“Rusiya Azərbaycana təzyiq edə bilməz...” – “Bu, Türkiyə ilə münaqişəyə gətirib çıxarar”

“BMT Təhlükəsizlik Şurasında Ermənistan nümayəndəsi ciddi sənəd olacaq qətnamənin qəbuluna nail ola bilmədi”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan yerli mətbuata müsahibəsində bildirib.

Onun sözlərinə görə, yalnız bu halda Laçın yolu məsələsini beynəlxalq hüququn elementinə çevirəcək və bu, uzunmüddətli perspektivdə prosesə mühüm təsir göstərə bilərdi: “Lakin Ermənistan hakimiyyəti nədənsə buna getmədi. Bu addım niyə atılmadı, sualına indiyədək cavab verilməyib. Səbəb isə hakimiyyətin peşəkarlığının zəifliyi ola bilər. Səbəb həm də onunla bağlı ola bilər ki, hakimiyyət müəyyən ölkələrlə razılığa gəlib, ola bilsin ki, məsələni başqa cür həll edəcəyinə söz veriblər. Amma biz hələ də heç bir həll yolu görmürük, ona görə də mən birinci versiyaya meylliyəm”.

Erməni Milli Konqresinin sədr müavini qeyd edib ki, Qərb Azərbaycanla iqtisadi sanksiyalar və müqavilələrdən imtina ilə hədələyə bilər, lakin bu baş vermir, çünki daha dərin maraqlar var.

“Qərb enerji bazarında alternativ tərəfdaşlar axtarır. Bu, Bakıdır”, - o vurğulayıb.

“Rusiya da öz növbəsində Azərbaycanla sərt qarşıdurmaya getmək istəmir, gedə bilməz. Çünki Rusiya Federasiyası bunun hərbi toqquşmaya səbəb ola biləcəyini başa düşür. Bu addım Ukrayna hadisələri fonunda Rusiya üçün böyük əhəmiyyət kəsb edən Türkiyə ilə münaqişəyə gətirib çıxaracaq. Biz həm Rusiyadan, həm də Qərbdən narazı ola bilərik, amma dünyada müttəfiqimizin və milli məsələləri bizimlə həll etməyə hazır bir qüvvənin olmamasının səbəblərini anlamaq lazımdır. Bunlar hakimiyyətin qeyri-adekvat siyasətinin nəticəsidir. Ciddi etimad kreditinə malik olan Paşinyan güclü mövqedən müharibə etmədən ciddi qərarlar verə bilərdi.

5 rayondan imtina edib ora sülhməramlılar yerləşdirmək mümkün idi. Belə olan halda, təhlükəsizlik baxımından vəziyyət bizim üçün indikindən daha əlverişli olardı”, - Zurabyan əlavə edib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol