GÖMRÜKDƏ DAHA BİR GENERAL İŞDƏN ÇIXARILDI - Şahin Bağırov əmr imzalayıb

Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Fazil oğlu Vahabov işdən çıxarılıb.

 Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bununla bağlı əmr imzalayıb.

Komitədən "Report"a bildirilib ki, Mirqasım Vahabov təqaüdə göndərilib. Onun yerinə hələlik təyinatın olmadığı qeyd olunub.

635x100

Şərhlər

Moshu 2022-12-30 10:55:36

Şahin Bağırovu kifayət qədər uzun müddətdir ki, tanıyıram. Çox savadlı, tərbiyəli, abırlı adamdır, güman edirəm ki, hazırda da belədir. Saytınız vasitəsilə onu qarşıdan gələn bayram münasibətləlri ilə təbrik edirəm, sağam ömür arzulayıram. Heç kimə sirr deyil ki, Gömrük Komitəsi bataqlığa çevrilib, korrupsiya girdabında boğulur. Bu dələduzlardan nə qədər tez üzülüşsə bir o qədər bu millətin canı dincələr. Bundan əlavə, bu Komitə, Vergilər xidməti ləğv olunmalı və Maliyyə Nazirliyinə birləşsə, bu əsl islahat olar. Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi bu qurumlara süpürgə çəksə bu əsl mübarizə olar.

Tural 2022-12-29 22:04:29

Şahin Bağırov toyuq dən dəmləyən kimi DGK işçilərini dənləyir ha. Amma bunlar da yığdıqlarını yığıb. İndi rahatca həzm-rəbadan keçirməyin zamanı gəlib.

Son yazılar