PREZİDENT MİNİMUM ƏMƏKHAQQINI ARTIRDI - Əmək pensiyasının minimum məbləği də artırılır

Azərbaycanda minimum aylıq əməkhaqqı cari il yanvarın 1-dən 345 manat müəyyən edilib.

Prezident İlham Əliyev bununla bağlı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb.

1. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. 10 gün müddətində:

2.1.1. əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 dekabr tarixli 3051 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1464) 1-ci hissəsi ləğv edilsin.

4. Bu Sərəncamın 1-ci və 3-cü hissələri 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

***

Prezident İlham Əliyevə əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflər təqdim ediləcək.

Bu, dövlət başçısının imzaladığı əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında sərəncamda öz əksini tapb.

Sərəncama əsasən, bununla bağlı Nazirlər Kabinetinə 10 gün vaxt verilib. Azərbaycan hökuməti həmçinin sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini prezidentə təqdim etməlidir.

Xatırladaq ki, hazırda Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manatdır.

635x100

Şərhlər

Vətəndaş 2023-01-07 12:07:36

Minimum və orta əmək haqqı,pensiya boş ə mənasız anlayışlardır və konkretlikdən uzaqdır.Bu anlayışlar yanlış statistikanı ört-basdır etmk və əhalini aldatmaq mənası daşıdığı aydındır.millətə lazım olan və onu maraqlandıran konkret rəqəmlərdir ki, onun bu günki real gəlirinin artım faizi nə qədər olacaq.Bahalaşmanın nəzarətsiz qaydada hər gün baş verməsi ilin sonunda bir dəfə 5-10 faiz artımla ödəmək olmadığını və əhalini səfalətdə yaşamağa məcbur etdiyini bu hakimiyyət nəzaman anlamayacaq?

İ.M. 2023-01-06 18:35:16

İşsizlikdən əziyyət kəçən vətəndaşlara hansı məbləğdə müavinat nəzərdə tutulub ?

Vətəndaş 2023-01-06 01:14:33

Mövcud bahalaşma tempində 40 mant artım hrç nə etmir.....

Son yazılar