Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq”in adı dəyişdirilib.
APA-nın əldə etdiyi məlumata görə, artıq şirkət bu gündən “Arkoz Holdinq” adını daşıyacaq.
Faktı şirkətdən təsdiqləyiblər.
Eyni zamanda, “Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki, hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.
Qeyd edək ki, “Gəmiqaya Holdinq" Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq"in prezidenti olub.
***
Naxçıvanda yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədləri itib.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı şirkət əlaqədar qurumlara müraciət edib.
Belə ki, Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb.
Qeyd edək ki, "Gəmiqaya Şirkəti" MMC-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu bildirilir.

Şərhlər
Boş yerə Vasifi hallandırırsınız.Ona heç nə etməyəcəklər.Sadəcə olaraq bu adam doyub,işini bitirib,indi sakit yaşamağa üstünlük verib.BUnlar hamısı əvvəlcədən razılaşdırılmış variantlardır.Özünüzü incitməyin.Bu yazılanlar insanları aldatmaq üçündür.Öxünüzü yormayın.Görün bir bundan əvvəlkilərə nəsə ediblər?Hansı nazir.Komitə sədri həbs olunub?
Hər çıxarış itəndə,cırılanda,yananda gedib Daşınmaz Əmlak Dövlət Reyestrindən yenisini almaq olur,bu problem deyil,sadəcə nömrələri yeni olur.Görünür obyekti başqasının adına keçirmək istəməyib,ona görə "itib" sənədlər.Çünki kupça olmasa hansı sənədlə obyekt başqasına verilə bilər?Yeni kupça almaq üçün isə adamın yalnız özü müraciət etməlidir.
ONUN HEÇ NƏYİNİ ALMAYACAQLAR HƏBS ETMƏYƏCƏKLƏR. ALLAH BİLİR YENƏ NƏ OYUNDUR OYNAYIRLAR. ÇOVDAROVUN MİLYONLARINI QAYTARDILAR. YAZIQLAŞMIŞ BİR MİLLƏTİK. ...
vasif talıbovları xatırladacaq hər şey dağıdılmalıdır nəinki adı dıyişmək--onların adına olanı hər nə varsa insanda nifrət yaradır
Celil camaat hele de senin zamanında gördüyün camaat. . Adı elə sən qoyduğundu. Sadəcə libası dəyişib.
Bu sənədləre itə bilməz.Sadəcə,Vaso Talobi Çovdarov kimi gələcəkdə mülklərini almaq üçün ehtiyatlı tərpənib,sənədləri lazımi yerdə gizlədib....