MİNİMUM PENSİYA ARTDIQCA ƏMƏK PENSİYASI ALMAQ ÇƏTİNLƏŞİR – Hansı dəyişikliklərə ehtiyac var?

Prezident İlham Əliyevin imzaladığı sərəncamla ölkədə minimum pensiya 240 manatdan 280 manata, minimum əmək haqqı isə 300 manatdan 345 manata qədər artırılıb. Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, artım təxminən 100 min pensiyaçıya şamil ediləcək.

Xatırladaq ki, 2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarı bərabərləşdirilərək 246 manat çatdırılıb. Ötən il bu məbləğ müxtəlif yaş qruplarına görə 190-220 manat arasında dəyişirdi.

Ötən il ərzində davam edən bahalaşma əmək pensiyalarının, sosial ödənişlərin və maaşların artırılmasını zəruri edib. Rəsmi statistika ərzaq və gündəlik tələbat mallarının ortalama 20 faiz civarında artdığını göstərir. Müstəqil ekspertlər isə qiymət artımının 30 faizin üzərində olduğunu bildirirlər.

Pensiyaların, minimum əmək haqqının artırılması əhalinin bahalaşmaya görə itkilərini kompensasiya etmək baxımından mühüm addımdır. Amma Azərbaycanda qüvvədə olan sosial qanunvericiliyin yaratdığı bəzi problemlər artımların vətəndaşların pensiya hüququna mənfi təsirini qaçılmaz edir.

Belə ki, ölkədə əmək pensiyası almaq üçün təqaüd yaşı (65 il) ilə bərabər müvafiq həcmdə pensiya kapitalının toplanması da vacib şərtdir. Bu olmadıqda azı 25 il sığorta stajına malik olmalıdır ki, minimum əmək pensiyası ala bilsin.

Qüvvədə olan qanunvericiliyə görə, vətəndaş minimum pensiya məbləğinin 144 misli həcmində pensiya kapitalı toplaya bilməzsə və ya 25 illik rəsmi təsdiqlənmiş iş stajı yoxdursa , o əmək pensiyası deyil, yaşa görə müavinət (180 manat) əldə edə bilər.

Düzdür hazırda pensiya sistemində humanist yanaşma tətbiq olunmaqla, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə edilir və əmək pensiyası hüququ verilir.

Ancaq bu da müvəqqəti haldır, bir-neçə ildən sonra ləğv edilə bilər. Bu halda vtəndaşın əmək pensiyası alması üçün onun müvafiq həcmdə pensiya kapitalına malik olması lazım gələcək.

Yanvarın 1-ə qədər olan vəziyyətə görə əmək pensiyası almaq üçün vətəndaşlar minumum 34560 manat pensiya kapitalına malik olmalı idilərsə, 45 manatlıq artımdan sonra (345 manat) bu məbləğ 40320 manata çatıb. Bir işçi minimum əmək haqqı ilə 38,9 il işləyərsə, bu məbləği toplaya bilər.

Azərbaycan reallıqlarında çox az kəsiminin davamlı iş stajına malik olması məlumdur. Üstəlik, xidmət sektorunda çalışanlar ömrünün ən məhsuldar dövrünü muzdlu işləsələr belə, ən yaxşı halda minimum pensiyaya ümid edə bilələr. Bu da vətəndaşların sosial hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxara bilər.

Ekspertlər hesab edirlər ki, ümumilikdə sosial təminat sahəsində ciddi dəyişikliklərə ehtiyac var. Bura ilk növbədə pensiya yaşının azaldılması, əmək pensiyası almağa imkan verən pensiya kapitalının həcminin minimum əməkhaqqından asılılığının ləğv edilməsi aiddir.

Eyni zamanda minimum əmək haqqı və pensiyanın həcminin orta aylıq maaşın 60 faizindən yüksək həddə qədər artırılması vacibdir.

Hazırki şəraitdə minimum əmək haqqı yüksəldikcə, vətəndaşın toplamalı olduğu pensiya kapitalının həcmi də ona müvafiq olaraq artır. Nəzərə almaq lazımdır ki, ölkədə heç də bütün vətəndaşlar normal gəlirli, sabit iş yerlərində çalışmır. Bu da gələcəkdə onların bir çoxunu əmək pensiyası almaq hüququndan məhrum oluna bilər.

E.Rüstəmli

“AzPolitika.info”  

635x100

Şərhlər

pensiyaçı 2023-01-11 13:34:06

Şükür edın ki,pensiyaçıların eftanziyasını MM gündəmə salmayıb.pensiya,sosial yardım,uşaq pulu məmurlara bir gemoroydur .

Pensyaçı 2023-01-09 13:22:37

Pensiya artımın mövcud qiymətlərlə müqaisə edən niyə ortada yoxdur.Nəzərə almaq üçün iki müqayrsə; çörək 2022-ci ilin yanvarında 50 qəpik,ilin sonunda 70 qəpik ( 40 faiz _, smetan 2022 ilin əvvəlində 2 manay 70 qəpik,ilin sonunda 4 manat 70 qəpik ( (70-89 faiz ) Bəs belə bahalaşma sürətində prnsiyaıarın 10-15 faiiz artımı hansı humanistliyin təzahürüfür?

insan kimi yaşamaq istəyirik 2023-01-07 19:11:03

Pensiya yaşı Türkiydə olduğu kimi endirilməli,insanlar pafosla və sözdə yox, ləyaqətli yaşayışla təmin olunmalıdırlar.

Camaat 2023-01-06 23:26:18

Pensiya haqqında qanunu bu günə salanlar Hadı Rəcəbliyə.Səlim Müslümova, Musa Quluyevə ALLAH nəhlət eləsin.Təcili bu qanunu ləğv etmək və Türkiyə modelini tətbiq etmək lazımdır.....

ƏNHU 2023-01-06 21:23:21

Pensiyalar bircəı qəpik də artmayıb. Bu artım deyil. Artım belə olmur. Bu bahalaşmanı bir az kompensasiya etməkdir. Bayaqdan da ayda 2 kq əıt ala bilirdiniz artımdan sonra da 2-cə kilo ət ala biləcəksiniz..BU ÖLKƏDƏ ƏT MEYARDIR.Nə vaxt görsəniz ki ayda səkkiz kilo ət alırsınız onda deyin ki həə pensiyamız artıb.

Oxucu 2023-01-06 15:50:54

Qanunvericiliyə görə 2006-cı ildən sonra hətta bir gün iş stajı olan şəxsə humanistlik göstərilərək 25 illik iş stajı şamil olunur və o,minimum əmək pensiyası ilə təmin olunur.Lakin pensiya yaşına qədər 30-40 il işləyib az maaşla minimal pensiya kapitalı toplayan şəxs də elə o qədər pensiya ilə təmin olunur.Hanı burada ədalətlilik.

pensioner 2023-01-06 14:05:38

Vasifə 100 milyardlar yedi..... Düzəməlli normal pensiya verilməlidir...

Son yazılar