Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.
APA xəbər verir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub.
Onun yerinə artıq təyinat olub.
Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib.
Yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.

Şahin Mirzəyev
Qeyd edək ki, Şahin Mirzəyev 1968-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.
O, Azərbaycan Texniki Universitetini bitirib.
Yeni nazir bu vəzifəyə təyin edilənədək Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsini tutub. O, Şimal bölgəsindəki meşə yanğınları, Tufandağda itkin düşən alpinistlərin axtarışları və digər hadisələrlə bağlı axtarış-xilasetmə tədbirlərində yaxından iştirak edib.
Ailəlidir, 2 övladı var.

Şərhlər