MƏRKƏZİ BANKDA YENİ DEPARTAMENT DİREKTORU TƏYİN EDİLDİ - Umeyra İbrahimova kimdir? + DOSYE

Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinə yeni direktor təyin edilib.

Bu vəzifəyə təyin olunan İbrahimova Umeyra Fərhad qızının əvvəlki iş yeri "PAŞA Bank” ASC-də Beynəlxalq bazarlar şöbəsinin müdiri vəzifəsi olub.

1987-ci il təvəllüdlü Umeyra İbrahimova 2004-cü ildə Yasamal rayonundakı 20 saylı orta məktəb-liseyi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsinə daxil olub. 2008-2010-cu illərdə Mərkəzi Avropa Universitetində magistr təhsili alıb.

İş həyatına 2012-ci illərdə "PASHA Capital” QSC-də broker kimi başlayıb. 2016-cı ildən 2021-ci ilə kimi "PAŞA Bank”ın Xəzinədarlıq departamentində mütəxəssis kimi çalışıb.//Yeniavaz.com

***

Azərbaycan Mərkəzi Bankının (AMB) Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinə yeni direktor təyin edilib.

"Report" xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Umeyra Fərhad qızı İbrahimovaya həvalə olunub.

635x100

Şərhlər

Moranli 2023-01-19 11:42:26

Bu kadri hansi gostericilerine gore bele yuksek yere teyin edibler?!Axi bunun tecrubesi choox ashagidir.

Mutexessis 2023-01-18 23:12:38

Bashlandi!!!!

t.ədalət 2023-01-18 19:20:17

"Umayra","Umeyra",adətən ləzgi qızlarının adı olur.Olsun!Təki,Rusiyaya bağlı adamlardan olmasın.

Son yazılar