"Finlandiya İsveçsiz NATO-ya üzv ola bilər" - Türkiyənin həmləsi işə yarayır

“Əgər İsveçlə bağlı proses daha uzun müddətə əngəllənərsə, Finlandiya onsuz Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ola bilər”.

Musavat.com xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto yerli “Yle” nəşrinə bildirib.

Eyni zamanda, o, bu məsələyə münasibət bildirməyin hələ tez olduğunu vurğulayıb. Haavistonun sözlərinə görə, Finlandiya və İsveçin təhlükəsizliyi üçün bir nömrəli seçim hələ də eyni vaxtda NATO-ya qoşulmaqdan ibarətdir.

Xatırladaq ki, ötən ilin iyun ayında Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin İsveç olmadan NATO-ya üzv olmayacağını bildirmişdi.

“İsveçin işi bizimdir. Bu o deməkdir ki, biz əl-ələ verib irəliləyirik”, - deyə Niinistö vurğulamışdı.

Onilliklər boyu bitərəf olan İsveç və Finlandiya 2022-ci ilin mayında, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından qısa müddət sonra NATO-ya üzv olmaq üçün rəsmi ərizə ilə müraciət ediblər. Onlar yalnız üzvlük protokolu ittifaqın bütün 30 üzv ölkəsi tərəfindən ratifikasiya edildikdən sonra NATO-ya daxil ola biləcəklər.

635x100

Şərhlər

Veteran 2023-01-25 10:13:58

Finlandiya Turkiyənion əsas tələblərini yerinə yetiribsə bu məsələyə yenidən baxmaq olar.

Veteran 2023-01-25 10:12:12

Finlandiya özünü yaxşı aparırsa.tələbləri yerinə yetiribsə onun NATO-ya qəbuluna ayrıca yenidən baxmaq olar.

Son yazılar