Rusiya ordusu cəbhədə «rezin tanklardan» istifadə edir ki, ukraynalı döyüşçüləri qorxutsun və onları yalançı hədəflərə hücum etməyə məcbur etsin.
Bu barədə Tavrik istiqaməti Müdafiə qüvvələri birləşmiş mətbuat mərkəzinin rəisi Yevgeni Erin telemarafon efirindən bəyan edib («UNİAN»).
«Beləliklə, onlar müəyyən yalançı hədəflər yaradırlar ki, biz, gerçək döyüş mövqeyinin əvəzinə belə yalançı mövqelərə zərbə endirək» - o, bəyan edib.
Erin qeyd edib ki, bir döyüş tankının qiyməti rezin tankın qiyməti ilə müqayisə edilə bilməz. Bundan başqa, rezin tankların köməyi ilə düşmənin sahə kəşfiyyatını aldatmaq olar və müəyyən istiqamətlər üzrə yalançı görüntü yartaq mümkündür.
«Amma bütün bu məqamlar izlənir və biz, hazır idik ki, məhz belə fəaliyyət olacaq» - Erin bəyan edib.
Xatırladırıq ki, ABŞ ordusu Səddam İraqına hücum edən zaman da İraq ordusu rezin tanklardan, rezin təyyarələrdən istifadə etmişdi.
AzPolitika.info


Şərhlər