ABŞ Türkiyəyə “atıb”: nə pul var, nə qırıcı...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara ABŞ-dan nə qırıcıları, nə də onlar üçün ödənmiş pulu geri almayıb.

Bu barədə «Anadolu» agentliyi xəbər verib.

Ərdoğan qeyd edib: «Adamlar var idi ki, S-400 alınması məsələsində bizi hədələyirdilər və əvəzində heç nə təklif etmirdilər. Hazırda biz, F-16 tədarükü barədə danışıq aparırıq, amma bizi rədd edirlər. Bizə F-35 təyyarələri vəd ediblər, amma sözlərinin üstündə durmayıblar. Baxmayaraq ki, biz, 1 milyard 400 milyona yaxın vəsait ödəmişik. Təyyarələr yoxdur və pullar geri qaytarılmayıb».

Türkiyə lideri açıqca işarə edib: «Biz, həmişə öz sözümüzün üstündə dururuq və bunu bizim həmkarlardan da gözləyirik».

Xatırladırıq ki, Ərdoğan bundan əvvəl gizlətmədən bildirib ki, ona rusiyalı lider Vladimir Putinlə danışıq aparmaq daha rahatdır. Rusiya Prezidenti də qeyd edib ki, Ərdoğan müstəqil və asılı olmayan liderdir ki, öz sözünün üstündə durur.

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2023-02-01 00:05:43

"ABŞ Türkiyəyə atıb" fikri bir az ironikdir.Kim bilir ki,Türkiyə-ABŞ arasındakı "soyuqluq" nəyə xidmət edir?Bəlkə,bu da bir siyasi mövqedir?Hər -halda Ərdoğan Rusiyanın genetik bir düşmən olduğunu daha yaxşı bilir.

Son yazılar