"Rusiya ilə Ukrayna arasında yalnız Türkiyə uğurla vasitəçilik edə bilib" - Siyarto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto görüşüb.

APA xəbər verir ki, bu barədə Peter Siyarto "Facebook"da bildirib.

"Sülh lazımdır. Sülh danışıqlar tələb edir, danışıqlar üçün vasitəçilər lazımdır və indiyədək müharibə edən tərəflər arasında yalnız Türkiyə uğurla vasitəçilik edə bilib. Bütün bunlarda dostum Mövlud Çavuşoğlunun böyük rolu olub, Türkiyənin xarici işlər nazirini yenidən Budapeştdə qarşılamaq mənim üçün şərəfdir", - Siyarto qeyd edib.

Qeyd edək ki, görüş Çavuşoğlunun Macarıstana səfəri çərçivəsində baş tutub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar