Türkiyənin müxalifət siyasi partiya liderləri də Kahramanmaraş və ətraf şəhərlərdə baş vermiş dəhşətli zəlzələ ilə bağlı açıqlamalar veriblər.
“AzPolitika.info” xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlu zəlzələ ilə bağlı bu mesajı paylaşıb: "Kahramanmaraşda baş verən və bir çox şəhərlərimizdə hiss olunan zəlzələ ilə əlaqədar bütün vətəndaşlarımıza keçmiş olsun diləklərimizi çatdırıram. Bu fəlakəti ən az zərərlə aradan qaldırmaq üçün dua edirik. Bütün gücümüzlə millətimizin yanındayıq.
Başda böyük şəhər bələdiyyələrimiz olmaqla, bu qanlı fəlakətin öhdəsindən ən qısa zamanda gəlməyə, axtarış-xilasetmə işlərinə qoşulmağa bütün gücümüzlə hazırıq. Həmrəy olacağıq və yaralarımızı birlik və həmrəylik içində sağaldacağıq”.
İYİ Partiyasının rəhbbəri Maral Akşener: “Kahramanmaraşda baş verən və ətraf şəhərlərimizdə də hiss olunan zəlzələ ilə əlaqədar bütün vətəndaşlarımıza keçmiş olsun diləklərimizi çatdırıram.Dağıntılar altında qalmış vətəndaşlarımıza bir an öncə sağ-salamat qurtarmağımız üçün dua edirəm. Rəbbim millətimizi hər cür bəladan qorusun!”
Rasim
“AzPolitika.info”


Şərhlər