Bakıda Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardımlar bu ünvanlarda toplanılır (Yenilənib)

Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım toplanmaq üçün Bakıda daha bir neçə ünvan ayrılıb.

“Report” xəbər verir ki, bu bardə ASAN Xidmət məlumat yayıb.

Yardımlar paytaxtın Ziya Bünyadov prospekti, Xarici dairəvi küçəsi 2038 məhəllədə (73 saylı tam orta məktəbin yanı) yerləşən “Azərsun Holdinq”in Satınalmalar Mərkəzi, Səməd Vurğun küçəsində Göy məscidin yaxınlığında, Salyan Şoesi 22 - Binə bazarının 14-cü sıra ilə üzbəüz yerləşən Aqro terminalda və Ağ şəhər - Yaşıl Ada nömrə 2 ünvanlarında toplanır.

Vətəndaşlar yardımları çatdırmaq üçün müvafiq olaraq aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Görkem Yelgin - 050 285 01 01

Muhemmed Emin Kalan - 050 736 71 00

Ferhat Çeğil - 055 604 36 96

Ramil Hümbətov - 050 567 75 77

Xatırladaq ki, Bakıda Əl Oyunları Sarayında da yardımlar toplanır.

***

Türkiyədə güclü zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib.

"Report" xəbərinə görə, bu gündən yardımlar Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanır.

"Yardımla bağlı Babək prospektində yerləşən Doğtaş mebel qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi olaraq dəyişilib", - Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Vətəndaşlar yardımlarını bu ünvana gətirə bilərlər.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar