ƏLİ HƏSƏNOV BİNƏQƏDİ ƏRAZİSİNDƏKİ TORPAQ SAHƏSİNİ SATIB - Neçə milyon qazanıb?

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsini satıb.

"Axar.az"-ın verdiyi məlumatda bildirilir ki, artıq alqı-satqı baş tutub və Əli Həsənov torpağın satışından 12 milyon manat əldə edib.

Belə ki, “Təchizatçı” ASC-nin adına olan torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3 097-ci məhəllə, 14B ünvanında yerləşir.

Torpaq sahəsinin ölçüsü təxminən 1,7 hektara yaxındır.

Ərazi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışda torpaq sahəsi əmlak kompleksi müəssisəsi kimi göstərilib.

“Təchizatçı” ASC ərazini tam pay sahibi kimi 2016-cı ildə qeydiyyatdan keçirib.

Qeyd edək ki, “Təchizatçı” ASC-nin qanuni təmsilçisi Azər Vəliyevdir. Əli Həsənov və onun xanımı Sona Vəliyevanın yaxın qohumu olan Azər və Fərmayıl Vəliyevlər PA-nın sabiq şöbə müdirinin biznes imperiyasını idarə edirlər.

“Təchizatçı” adı ilə ünvanı Heydər Əliyev, 181 və Ziya Bünyadov, 15 olmaqla, onlarla qurum qeydiyyatdan keçib.

635x100

Şərhlər

Kərim 2023-06-07 08:30:55

Niyə buna qarşı cinayət işi açılmadı?Kİm bu suala cavab verər?

Roma 2023-02-26 14:52:18

Elnur adı ilə yazana: Yazırsınız ki, "Bu ... qalıb qıraqda Vuqar Səfərlini tutublar"...bəli sizinlə razıyam, düzdür, ancaq əlavəm vardır, həmişə zəif bəndi tuturlar...

Elnur 2023-02-15 12:03:32

Bu ... qalıb qıraqda Vuqar Səfərlini tutublar

RR 2023-02-15 02:43:15

Halal yeridideee satib satibdaaaaa)

Təqaüdçü vətəndaş 2023-02-14 14:19:29

Bunlar yeyib talayıblar. Torpagını, malını, kefi nə istəyir satır. Bunnar nə vaxt məsuliyyətə cəlb ediləcəklər? Rayon yerində ev tikmək üçün 3, ya 5 sot torpaq almaq olmur. Qanun ancaq kasıb vətəndaşlar üçün dür?

Vətəndaş 2023-02-14 14:16:56

Talançı məmiurlar ölkəni xalqı talan-qarət edir ....

BAKILI 2023-02-14 14:04:52

Ola bilsin Turkiye genderecek inanan dawa densun

Senan 2023-02-14 13:40:40

Bahooo! Indi qoymayacaqsınız ki bu da otddadığı rahat göyşəsin

pensioner 2023-02-14 13:33:06

Satıb da,dədə-babasından qalma miras idi

Son yazılar