DÖVLƏT GÖMRÜK KOMİTƏSİNƏ SƏDR TƏYİN OLUNDU - Prezident sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat verib.

Sərəncama görə, Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Prezidentin imzaladığı digər sərəncamla Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

635x100

Şərhlər

t.ədalət 2023-02-15 11:02:58

Amma gömrük komitəsini Mikayıl Cabbarovun nazirliyində bir idarə kimi də yaratmaq olar.Hər-halda M.Cabbarovun rüşvətə meyilli olmamasından danışırlar.Necə ki əmlak komitəsi M.Cabbarovun rəhbərliyi altına verildikdən sonra rüşvət məsələsi xeyli zəiflədi,gömrükdə də belə ola bilərdi.

Nəbi 2023-02-14 19:37:55

Müəyyən müddət Gömrük Komitəsinin vəzifəsini icra etdiyi zaman onun qəbuluna düşərək tabeliyində işləyən məmurun özbaşınalığından, saxtakarlığından və qanunsuz olaraq (VÖEN-də var) sahibkarlıqla, qanunsuz əldə etdiyi pulların nəqdləşdirilməsi ilə məşğul olması barədə məlumat versəm də, məni qəbul etmədi, şikayətimi araşdıranlar isə sözsüz ki, öz saxtakar, dələduz məmurlarını müdafiə etdilər. Belə bir komitə sədri Azərbaycana lazımdırmı?

Sekiden 2023-02-14 19:00:53

Cenab prezident shekiye ne vaxt rusvetxor olmayan serefli ve namuslu basci teyin olunacaq? Saraydakilar ramiz mehdiyeve rehmet oxudurlar hec bir sey veclerine deyil bedbext xeste ogul ve qizlarina villalar tikdirmekle mesguldurlar yeqin baslari qarisib. Himayeciler bilmelidir ki turkiyede bir gecede olen 31 min nefer kimi onlarinda kefeni hazirdir vaxt catanda geyindirilecek!

Son yazılar