"Harada görünüb ki, universitetə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin?!" - Deputat

"Harada görünüb ki, bir universitetin məsələn, hüquq fakültəsinə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin?!".

"Report" xəbər verir ki, bunu Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən dinləmədə deputat Musa Qasımlı deyib.

O bildirib ki, vətəndaşlar gedib xaricdə təhsil ala bilərlər və bu, onların hüququdur:

"Biz necə edək ki, universitetlərə qəbul hamı üçün əlçatan olsun? Amma universitetlər keyfiyyətli kadr hazırlasın. Harada görünüb ki, bir universitetin məsələn, hüquq fakültəsinə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin?! Bu, dünyanın heç bir yerində yoxdur. Biz kimi aldadırıq? İrəli getmək üçün təhsilimizi sağlamlaşdırmalıyıq".

635x100

Şərhlər

RAHİM 2023-03-29 17:15:35

BƏS HARADA GÖRÜKÜBKİ XALQIN TANIMADIĞI. VƏ FƏALİYYƏTİNDƏN RAZI QALMADIĞI ADAM İLLƏRLƏ MİLLİ MƏCLİSDƏ ( ƏSLİNDƏ BİZNESMENLƏR MƏCLİSİ ) KRESLONU ZƏBT EDİB.

RAHİM 2023-03-28 12:35:01

DEPUTAT necə seçilirsə 75 də eləcə 100 olur.

RAHİM 2023-03-28 12:31:09

Bəs necə olur ki xalqın tanımadığı məmur İLLƏRLƏ MM- DƏ kreslonu ZƏBT edir? Eləcə də UNİVERSİTETLƏRİ bildirirlər.

Roma 2023-03-14 12:57:07

Kamil adı ilə yazana: Sizcə həkimin obyektivliyinə inanmaq olar???, məncə o da "dəstədən qalma dala" prinsipi ilə hərəkət edəcək...

Tələbə dostu 2023-03-13 22:10:09

Şəki YAP-ın sədri Daşqın Mikayılov İqtisadiyyat Universitetinə imtahan verdi, ancaq qəbul olunmadı. Bir ildən sonra İqtisadiyyat Universitetinin II kursunda oxumağa başladı ? Bu günə kimi Daşqın Mikayılovun aldığı təhsil araşdırılmamışdır ? Deyilənə görə Daşqın Mikayılov Yaqub Mahmudovun köməkliyi ilə İqtisadiyyat Universitetinin II kursunda təhsilini davam etdirə bilmişdir.

Kamil 2023-03-13 13:56:00

Musa bəyi həkimə göstərin.Hələ o anlaya bilməyib ki. bura Azərbaycandır.Burada qanun.qayda yox,rüşvət və istək öndə sayılır. ....

Son yazılar