Menu

“Taxıl dəhlizi sazişinin davam etdirilməsi çox vacibdir”- BMT

14.03.2023, 21:52
“Taxıl dəhlizi sazişinin davam etdirilməsi çox vacibdir”- BMT

“Taxıl dəhliiz sazişinin davam etdirilməsi qlobal ərzaq təhlükəsizliyi baxımından çox vacibdir”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə BMT-nin Cenevrə Bürosu tərəfindən paylaşılan yazılı açıqlamada deyilir.

Açıqlamada BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin Qara Dəniz Taxıl Təşəbbüsünə, eləcə də Rusiyanın ərzaq və gübrə ixracının asanlaşdırılması səylərinə tam sadiq olduğunu bildirib.

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksinin 2022-ci ilin mart ayında rekord səviyyələrə çatdığı və bu indeksin 10 ay ardıcıl olaraq düşdüyü üçün hər iki razılaşma ərzaq qiymətlərinə müsbət təsir edib”,-deyə qeyd olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol