VASİF TALIBOVUN HOLDİNQİ "ƏRİDİLİR"... - Daha bir şirkəti ayırdılar

Ölkənin aparıcı şirkətlərindən olan “Gəmiqaya Holdinq”ə bağlı “Gəmiqaya Avtonəqliyyat” MMC-dən (VÖEN - 0201375131) ayrılma olub.

Yeniavaz.com xəbər verir ki, “Gəmiqaya Avtonəqliyyat” MMC tərkibindən “Ofis Hold-75” MMC-nin ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi və çoxsaylı parçalanmalar həyata keçirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub.

Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.

Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.

Qeyd edək ki, bəzi mənbələr şirkətlərin “Gəmiqaya Holdinq"dən ayrılmasının səbəbini onların Vasif Tlıbovun əlindən alınması ilə bağlayır.  

"AzPolitika.info" 

635x100

Şərhlər

Tural 2023-03-16 00:43:05

Əşi bu boyda zıppıltıdan sonra dövlətin xəzinəsinə nə girəcək, onu araşdırıb. Cavab verin.

Rasim Quliyev 2023-03-15 22:57:14

100 il xercleseler bitmez

köhne 2023-03-15 22:39:59

ay hayy

Hafiz 2023-03-15 17:00:59

Vasoya heç nə olmayacaq. 100 milyardımızın da Vaso atdı bizə. 500-1000 manata görə adama 5-7 il iş verirlər. 100 milyardımızı atıb oğurlayıb xətrinə dəyən də yoxdur. Kimdir günahkar? Özümüz! Belə olsaq bizə daha pis olacaq. Biz çörək pulu tapmırıq Vasolar 100 milyardları,trilyonlarımızı yeyirlər.

Son yazılar