DEPUTAT FAZİL MUSTAFAYA SİLAHLI HÜCUM OLUB - DETALLAR (YENİLƏNİR)

“Fazil Mustafa qarajın qapısını açıb həyətə girmək istəyəndə cinayətkar evin sağ tərəfində yerləşən daş hasarın arxasında gizlənərək gözləyib”.

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafanın yaxın dostlarından biri deyib.

O bildirib ki, hadisəni törətmiş şəxs hasarın arxasından "Kalaşnikov" avtomatı ilə deputata atəş açmağa başlayıb:

“Cinayətkarın atəş açmasında məqsəd Fazil Mustafanı öldürmək olub. Deputat cəld tərpənərək yenidən maşına minib və tez qapını örtüb. Nəticədə o, çiynindən və ayağından 2 güllə yarası alıb, həmçinin avtomobilə ciddi zərər dəyib”.

Deputatın dostunun sözlərinə görə, hadisə Fazil Mustafanın kiçik qızının gözü önündə baş verib.

Qeyd edək ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) əməliyyat olunub, daha sonra TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

***

Deputat Fazil Mustafa evinin qarşısında güllələnib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun yüksək rütbəli əməkdaşları deputatın güllələndiyi ərazidədir.

İlkin məlumata görə, deputat evinin qarşısında avtomobilindən düşərkən güllələnib. O sağ dizindən və sağ çiyin nahiyəsindən güllə yarası alıb.

***

Bakının Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alan Milli Məclisin deputatı Fazil Mustafa TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, deputat hazırda əməliyyat olunur.

Qeyd edək ki, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu qoyulub.

Hazırda Kliniki Tibbi Mərkəzin qarşısında Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri toplaşıb.

***

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir.

Bu barədə "Report"a TƏBİB-dən bildirilib.

"TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur", - məlumatda deyilir.

***

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alıb.

“Report”un əldə etdiyi məlumata görə, deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilir.

Qeyd olunub ki, deputatın həyati təhlükəsi yoxdur, vəziyyəti qənaətbəxşdir.

***

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

Musavat.com xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. 

Polis hadisə yerindədir.

Fazil Mustafanın yaxınlarından biri Musavat.com-a bildirib ki, deputat evə gələn zaman öz maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb. 

Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib. 

DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

635x100

Şərhlər

Türk Turan 2023-03-29 00:18:04

Allah Azzə və Cəllə acil şəfa versin Fazil bəyə. İnşallah şərəfsizlər tezliklə cəzalarını alacaqlar. Hüquq mühafizə orqanlarımıza tam arxayınıq. Ümidsizliyə qapılmamalıyıq! Azərbaycan var olsun, istəməyən kor olsun!

t.ədalət 2023-03-28 23:35:17

Fazil Mustafaya sui-qəsd Azərbaycan siyasətinə qəsddir.F.Mustafa müstəqilkliyimizə,bağımsızlığımıza sədaqətrli kadrlardan biridir.Ona görə də ona qarşı silahlı hücmun arxasında Rusiya-İran kəşfiyyatı dayanır..Avtomat silah gəzdirənlərə qarşı ömürlük həbs cəzası olmasa hələ çoxlu silahlı hücumlara məruz qalasıyıq.

Asif 2023-03-28 22:42:35

iran bicbalalarinin isi ola biler.israilde sefirliyimiz acilmasi ciyerlerini dagidacaq.bir bicbalaliga el atacaqlar

Son yazılar