DTX FAZİL MUSTAFAYA SUİ-QƏSDLƏ BAĞLI AÇIQLAMA YAYDI - "Terror aktıdır..."

Mustafa Fazil Qəzənfər oğluna qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanılıb.

28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilmişdir.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır. Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

635x100

Şərhlər

Eli 2023-03-29 17:23:11

Dadaşyev müellimin fikirleri çox haqlı ve düzgün fikirlerdir.İran İslama qara bir lekedir.

dadaşyev 2023-03-29 08:11:03

Allah şəfa versin.Azərbaycanda tək-tük olan əsl ziyalılardandı Fazil müəllim.Bu,bizim aydın fikirli adamlarımıza qarşı kəsinliklə iran gizli agentlərinin işidir.Fazil müəllimin hər hansı məsələyə öz şəxsi müstəqil və tamamən yaltaqlıqdan,kimlərəsə girməkdən-yarınmaqdan uzaq öz düşüncəsi var,bu xüsusiyyətinə görə sevilir.İslam dini barədə də hər bir mövhumi buxovlardan,radikal düşüncələrdən,isterikayla yaxa-baş cırıb sinəsini döyəcləyən şaxsey-vaxseyçilərdən və saqqallılardan tamamən uzaq düşünür.Məhz İslam barədə aydın fikirləri donqili əmmaməli fars millətçilərinin xoşuna gəlməyib heç şübhəsiz.Əlbəttə,iran tiryək respublikasının İslamla heç bir əlaqəsi yoxdu,o əmmamələr,o saqqallar lənətlik Əbu-Cəhldə,Əbu-Ləhəbdə də vardı.Fars millətçiləri islam dinini qorumaq adı altında dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da terror əsdirməyə girişiblər.Azərbaycanın səfirliyinə hücum nədirsə millətvəkilimizə hücum da odur.Ümumiyyətlə,son bir ayda Azərbaycanda əcaib cinayətlər baş verməkdədir ki,bunda kəsinliklə iran barmağı var.DTX-nın keçirdiyi əməliyyatlarda nə qədər vicdansız xainlər ifşa edilir,hamısı da irana işləyən güllələnəsi köpəyuşaqlarıdı.

X 2023-03-29 06:04:46

Allah şəfa versin

Son yazılar