"QARAJA DAXİL OLMAĞA HAZIRLAŞANDA..." - Fazil Mustafadan terror aktı ilə bağlı ilk açıqlama

Millət vəkili Fazil Mustafa dünən ona qarşı baş verən hücumun detalları ilə bağlı ilk açıqlama verib.

“AzPolitika.info” xəbər verir ki, “haqqın.az”-a danışan millət vəkili hadisənin gözlənilmədən baş verdiyini və möcüzə nəticəsində sağ qaldığını bildirib:

“Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i sındı. Çiynimdə dəhşətli ağrı hiss etdim. Ağrılardan sonra atəş açıldığını anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Atışma səsinə evdəkilər çıxdılar. Evə gedərək tez qapını bağladım”.

Millət vəkilinin sözlərinə görə, qapını bağlayaraq təcili yardıma və hüquq-mühafizə orqanlarına məlumat veriblər: “Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Ardını xatırlamıram. Özüm də necə xilas olduğumu anlamıram. Allah saxladı, möcüzə baş verdi...”

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2023-03-29 14:08:39

İran terror şəbəkəsini işə salıb...məscidlərdə donuz saxlayan erməninin dostu...görəsən buna görə İran rəhbərlərindən hər hansı biri erməniyəiradını bildiribmi, yəqin ki, yox deyiblər erməni qardaşlarımızın qəlbinə dəyər, "saxlayıblar saxlayıblar da.." məncə farslar yalançı müsəlmandırlar...

Son yazılar