DEPUTATA QARŞI TERRORDA İRAN İZİ... - Fazil Mustafa Milli Məclisdə nə demişdi? + VİDEO

Dünən millət vəkili Fazil Mustafaya qarşı törədilən terror aktından sonra mətbuatda və sosial şəbəkələrdə bütün nəzərlər bu hadisənin təşkilatçısı qismində İrana yönəldi. 

Əsas şübhələr məhz İranla bağlıdır ki, bu da təsadüfi deyil. Çünki bu şübhələri yaradan çoxsaylı səbəblər var və onların sırasına Azərbaycanın İsraillə yaxın münasibətlərindən tutmuş, Azərbaycandakı İrana aid casus şəbəkəsinə qarşı aparılan əməliyyatlara qədər bir çox məqamlar daxildir. 

Güman olunur ki, daha bir səbəb isə şəxsən Fazil Mustafanın İranın Azərbaycandakı fəaliyyəti ilə bağlı mövqeyi və çıxışlarıdır.

“AzPolitika.info” xəbər verir ki, millət vəkili Fazil Mustafa dəfələrlə mətbuatda və hətta Milli Məclisdəki çıxışlarında İranın ölkəmizdəki təxribatçı, məzhəbçi fəaliyyətlərinə qarşı açıq mövqe qoyması ilə, molla rejimini kəskin tənqid etməsi ilə seçilib. 

Millət vəkilinin bu mövzuda parlamentdə etdiyi çıxışlardan birini təqdim edirik:

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Yamən 2023-03-29 12:27:50

Bütün ölkə və vətəndaşlarına, dnc-zəkalı Ermənistan da daxil daim və yalnız hörmət və ehtiramla müraciət tövsiyə edərdim. Onsuz da separat sövdələşmələrlə, S. İqtisadi Birliyini, SSRİnı, Rfnı digər respublikalara qarşı qoymaqla Kremlə məhv etdirən lobbi qərbin əksər dövlətlərini, qardaş İranı, uzaq Hindistanı belə Azərbaycana qarşı potensial düşmənə çevirib?

t.ədalət 2023-03-29 11:24:58

İran casuslarının çoxu akademiyada və digər yerlərdə daha çoxdur.Onlar həm də Rusiya kəşfiyyatçıları tərəfindən idarə olunur.Azərbaycanla Türkiyə arasındakı yaxınlaşma ,həm Rusiyanı,həm də İranı ciddi narahat edir.

Son yazılar