Rusiyada məhbusları silah istehsalına göndərmək istəyirlər

Rusiyanın Federal Penitensiar Xidməti dünyanın ən böyük silah tədarükçülərindən biri olan “Rostec” dövlət korporasiyasına istehsalatda məhbusların əməyindən istifadə etməyi təklif edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti Federal Penitensiar Xidmətin direktoru Arkadi Qostevin məktubuna istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, o məhkumlara dövlət korporasiyasının ehtiyacları üçün məhsulların hazırlanmasında və tədarükündə köməklik göstərməyi təklif edib. Qəzet iddia edir ki, dövlət korporasiyası bu təklifi öz təsisçi şirkətlərinə verib. Məktubun başqa təfərrüatları verilməyib. Federal Penitensiar Xidmət və Rostec jurnalistlərin sorğularına cavab verməyib.

Nəşr müxtəlif sənaye nümayəndələrinə müraciət edərək, məhbusların əməyindən onların işlərində nə dərəcədə istifadə oluna biləcəyini soruşub. Aviasiya sənayesindəki mənbə bildirib ki, kəskin işçi qüvvəsi çatışmazlığı şəraitində məhbuslar sadə işçi ixtisaslarına göndərilə bilər.

Telekommunikasiya sənayesinin sözçüsü deyib ki, nəzəri olaraq sənaye qadınların işindən ən çox faydalanacaq.

Rəsmi statistikaya görə, yanvarın 1-nə Rusiyada 433 006 məhbus var. Onlardan qismən mebel, taxta və dərzilik və hərbi geyim istehsalında istifadə olunur. Lakin Federal Penitensiar Xidmət artıq onlardan başqa işlərdə istifadə etməyi təklif edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar